ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni və son dərəcə sərt açıqlama verib. Musavat.com xəbər verir ki, o, Fox News kanalına müsahibəsində mümkün razılaşma üçün vaxt qoyduğunu bildirib.

Kainat.tv-nin məlumatına görə Tramp qeyd edib ki, tərəflər sabaha qədər razılığa gələ bilər, əks halda ABŞ çox ağır addımlar atacaq:

“Sabaha qədər razılaşma mümkündür. Əgər bu baş verməsə, hər şeyi havaya uçuracağıq və İranın nefti mənim olacaq”, – deyə o bildirib.

ABŞ prezidenti bununla kifayətlənməyərək daha qalmaqallı iddia da səsləndirib. Onun sözlərinə görə, Vaşinqton İran daxilində etirazçılara silah göndərib:

“Etirazçılara silah yolladıq, həm də çox silah yolladıq. Amma məncə, bu silahları kürdlər ələ keçirib”, – deyə Tramp vurğulayıb. //Musavat.com