“Yeni münaqişə və digər iddialar həqiqətə uyğun deyil. Kəşfiyyat məlumatlarına görə, mövcud silah-sursatın böyük hissəsi yerində qalıb”.

Kainat.tv Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Müxalifətin hakimiyyətə gəlmək iddiasından danışan Paşinyan bildirib ki, Qarabağda yaşananların Ermənistanda da həyata keçirilməsini istəyən qüvvələr var:

“Qarabağda “hakimiyyət dəyişikliyi” oldu, bir-birilərini təbrik etdilər, amma sonra baş verənlər göz önündədir.

Bu müxalifət hakimiyyətə gəlsə — bunu xalqla əlaqələr nəticəsində istisna edirəm — niyə müharibə olacaq? Səbəb odur ki, bu qüvvələr sülhü gözdən çıxarmaq prinsipi ilə çıxış edirlər”.