Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi İl-76 təyyarəsi Moskva vilayətində yerləşən Jukovski hava limanından Bakıya yola düşüb.

Məlumata görə, təyyarənin əsas məqsədi İran ərazisini quru sərhəd-keçid məntəqələri vasitəsilə tərk edərək Azərbaycana daxil olan Rusiya vətəndaşlarının ölkələrinə daşınmasını təşkil etməkdir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, son günlər İran ətrafında hərbi-siyasi gərginliyin artması bir sıra ölkələri öz vətəndaşlarının təxliyəsi üçün operativ tədbirlər görməyə vadar edib. Azərbaycanın tranzit ölkə kimi rolu bu prosesdə yenidən ön plana çıxır.