Ermənistanda həftəsonu baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Baş nazir lazımi tapşırıqlar verib.
İştirakçılar İrandakı hadisələrlə bağlı dərin təəssüflərini bildirib, qurbanlara başsağlığı verib və sülhün tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar. İrandakı son hadisələr Zəngəzur dəhlizi – “Tramp yolu” layihəsini təzədən gündəmə gətirir. İrana hücuma qədər Tehran rəsmiləri, xüsusilə dini liderə yaxın şəxslər dəhlizə qarşı çıxırdılar. “Tehran Cənubi Qafqazda istənilən bir geosiyasi dəyişiklik və xarici oyunçuların müdaxiləsinə qarşıdır”. Bunu İranın artıq öldürülən müdafiə naziri Əziz Nəsirzadə fevralın 26-da Tehranda erməni həmkarı Suren Papikyanla görüşdə demişdi. Bundan sonra İranın Zəngəzurla bağlı mövqeyi necə olacaq? Pozitiv dəyişikliklər gözləməyə dəyərmi?
Kainat.tv xəbər verir ki, deputat Azər Badamov Musavat.com-a bildirib ki, Zəngəzur dəhlizinin açılması geridönməz bir prosesdir:
“Bu dəhlizin bir seqmenti olan TRİPP layihəsinin icrası ABŞ-ın birbaşa nəzarətindədir. Çünki TRİPP-lə bağlı yaradılmış ABŞ-Ermənistan birgə müəssisənin 76% payı ABŞ-a məxsusdur. Bu həm də ABŞ-ın TRİPP-in inşasında üçün əsas investor olması deməkdir. Əgər TRİPP o qədər səmərəsiz bir layihə olsaydı, ABŞ bu dəhlizi 49 ilə icarəyə götürməzdi. Bu baxımdan TRİPP-in icrası həm də ABŞ-ın nüfuz məsələsidir. Bu layihənin icrasına mane olmağa çalışan tərəflərin olduğunu və dəhlizə qarşı açıqlamaların zaman-zaman verdiklərini müşahidə edirik. O cümlədən, İran da TRİPP layihəsinin icrasını özlərinin “qırmızı xətti” elan etmişdi. Biz heç bir ölkəyə müharibə və itkilər arzulamırıq. Biz 30 il suveren əraziləri işğal olunaraq müharibə vəziyyətində olmuş və soyqırımlara məruz qalmış ölkə olaraq müharibənin nə olduğunu yaxşı bilirik. Bu baxımdan, müharibənin tezliklə dayandırılacağına və tərəflərin diplomatiyaya üstünlük verəcəklərinə ümid edirəm. Həm də zərbələri nəticəsində ölən bütün həlak olanlara rəhmət diləyirəm. Bununla yanaşı İranda qeyd etmək istəyirəm ki, bu gün İranda TRİPP-in əleyhinə çıxış edənlərin əksəriyyəti həlak olublar. O cümlədən, başlanmış müharibə regionumuzda vəziyyəti də dəyişib və yeni reallıq yaradıb. Yəni hal-hazırda İranı TRİPP yox, özünün müdafiəsinin təşkili və müharibənin tezliklə sonlandırılması düşündürür. Həm də Tramp yolu regionumuza davamlı sülh və əməkdaşlıq gətirəcək. İranın da bu dəhlizdən istifadə edərək iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək imkanı olacaq”.
Cavanşir ABBASLI
Tehran üçün KRİTİK Zəngəzur DÖNÜŞÜ
02
mart
16:04
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
“Çinə Zəngəzur dəhlizi lazım deyil” İDDİASI - düşmənin XAM XƏYALI, yoxsa...
Zəngəzur dəhlizində SENSASİON təxribat PLANLARI
Zəngəzur dəhlizinin ÖNÜ AÇILIR - Bakı və Ankara əqrəbləri TUTUŞDURUR...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ