Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bui barədə İran İnqilab Keşikçiləri Korpusu bəyanat yayıb.
Bəyanatda "Əsl vəd 4" əməliyyatının yeddinci və səkkizinci dalğalarının son saatlarında ABŞ və İsrail hədəflərinə raket zərbələri və genişmiqyaslı dron hücumları həyata keçirildiyi bildirilib.
İddia olunub ki, bu əməliyyat 560 ABŞ əsgərinin ölümünə və ya yaralanmasına səbəb olub:
"Son hücumlardan sonra Küveytdəki ABŞ-ın Əli əl-Salem Dəniz Bazası tamamilə sıradan çıxarılıb və ABŞ-ın Məhəmməd əl-Əhməd dəniz infrastrukturundan üçü məhv edilib. Bəhreynin Salman limanındakı ABŞ Dəniz Bazası da dörd dron tərəfindən hədəf alınıb və onun komandanlıq və dəstək mərkəzlərinə ciddi ziyan dəyib".