Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahan, kəsir və idarəetmə prosesi ilə bağlı irəli sürülən iddialar narazılıqları daha da artırıb. Kimliyinin gizli saxlanılmasını xahiş edən bir tələbə redaksiyamıza müraciət edərək kollecdə rüşvət və maliyyə təzyiqlərinin artdığını bildirir.
Tələbənin sözlərinə görə, əvvəlki illərdə illik təhsil haqqı 500 AZN olsa da, bu il 700 AZN-ə qaldırılıb. Tələbə bildirir ki, bəzi uşaqların maddi imkanları məhduddur və valideynlər uzun saatlar işləyərək yalnız yol pulunu ödəyə bilirlər. Lakin bu artım onların təhsil almasına daha da çətinliklər yaradır.
“İllik təhsil haqqı əvvəl 500 idi, indi 700-ə qaldırdılar. Bəzi uşaqların imkanları yoxdur, valideynlər gecə-gündüz işləyir, amma yenə də ödənişlərə çatmır.”
İmtahanlarda kəsilmək və əlavə ödənişlər: “50 AZN gətirin, imtahana girin”
Tələbənin iddialarına görə, kollecdə imtahan nəticələri çoxsaylı tələbə üçün mənfi qiymətlə nəticələnir. Bəzi tələbələrə, xüsusən də tapşırılan şagirdlərə yaxşı qiymətlər verilsə də, çox sayda tələbə kəsilir. Sonra isə bu tələbələrdən 50 manat ödəniş etmələri tələb olunur.
“İmtahan nəticələri verilən tapşırıqlar ilə bağlı yaxşı olsa da, çox sayda tələbə kəsildi. O zaman deyirlər ki, 50 AZN gətirib ödəyin, imtahana girin. Bu rüşvət deyilsə, bəs nədir?”
Bu vəziyyət təhsil sistemindəki “rüşvət alqoritmini” daha da ciddi bir məsələyə çevirmiş olur.
Tələbənin irəli sürdüyü digər bir iddia isə müəllimlərin sıxışdırılmasıdır. İddialara görə, kollecdə bir çox müəllimlər müxtəlif təzyiqlərlə qarşılaşıb və könüllü şəkildə işdən çıxmağa məcbur edilirlər. Həmçinin, kollecdəki rəhbərlik tərəfindən aparılan islahatlar yalnız sözdə var, real problemlər həll olunmur.
“İmkanlar məhduddur, ödənişlər çətindir”
Bir neçə tələbənin valideynləri ilə əlaqə saxladıq. Onlar uşaqlarının təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini və bu vəziyyətin təhsil alan şagirdlərə daha çox təzyiq yaratdığını qeyd etdilər. Valideynlər, xüsusilə yol pulu və digər xərcləri ödəməkdə çətinlik yaşadıqlarını, buna baxmayaraq əlavə ödənişlərə məcbur olduqlarını vurğulayıblar.
Tələbə, müəllim və valideynlər tərəfindən irəli sürülən bu iddialar, təhsil müəssisəsində ciddi idarəetmə problemlərini və maliyyə təzyiqlərini işıqlandırır. Həmçinin, Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi tərəfindən verilən “rüşvətsiz təhsil” açıqlamaları ilə tələbələrin və müəllimlərin qarşılaşdıqları real vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur.Rüşvət alan müəlkimlərin direktorun himayəsində olduğundan rüşvət almaqdan və verməkdən imtina edən pedeqoji heyyət hədəf seçilib.
Gəncə Dövlət Regional Kollecinin direktoru Xoşqədəm Xudiyeva məsələyə münasibət bildirməkdən imtina etdiyindən, suallarımızı birbaşa məqalədə təqdim edirik.
Qarşı tərəfin mövqeyini öyrənmək və iddialara cavab almaq məqsədilə aşağıdakı sualları rəhbərliyə ünvanlayırıq:
👉Təhsil haqqı niyə bu il artırıldı və bu artımın əsas səbəbləri nədir? Artan ödənişlərin tələbələr üçün əlavə maliyyə yükü yaratdığını nəzərə alaraq, bu qərarın reallaşmasında sosial məsələlər nə dərəcədə nəzərə alınıb?
👉Tələbələrin 50 manat ödəniş etmələri və imtahanlara girmələri məsələsi ilə bağlı şikayətlər doğru olsa, kollecdə rüşvət almaqla bağlı hansı addımlar atılır və bu barədə nə kimi tədbirlər görülür?
👉Müəllimlərə qarşı işdən çıxarılma təzyiqləri ilə bağlı iddialarınız var. Kollecin rəhbərliyi olaraq müəllimlərə hansı dəstəyi göstərirsiniz? Bu təzyiqlər necə izah edilir?
👉“Şəffaf təhsil” siyasətinin tətbiqi ilə bağlı hansı konkret addımlar atılmaqdadır? İddia edilən problemlərin həlli üçün hansı islahatlar nəzərdə tutulub?
👉Rüşvətin qarşısın aldığınızı iddia edirsiz, o zaman müəllimlərdən dərs saatına görə, tələbələrdən isə kəsirlərə görə rüşvət tələb edən güvənli saydığınız himayənizdə olan əməkdaşlarınızla bağlı edilən şikayətlərlə bağlı Prokurorluğa niyə müraciət etmirsiniz?
Redaksiya olaraq, Gəncə Dövlət Regional Kolleci rəhbərliyinin cavablarını gözləyirik. Qarşı tərəfin mövqeyini eşitmək hüququ tam şəkildə qorunur.
Cavabı redaksiyanın elektron ünvanına göndərilməsi imkanı mövcudur.
BakuNews.az
Kainat.tv
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
09
yanvar
11:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
Türkan Gündüzün qətlinin dəhşətli təfərrüatı – HƏSSAS GÖRÜNTÜ
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ