Azərbaycana idxal olunan bəzi məhsulların gömrük rüsumlarındakı azalma müddəti 2025-ci il dekabrın 31-də başa çatıb.
AFN.az xəbər verir ki, bu məhsullar arasında inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi energetik içkilər, istehsal məqsədli tütün növləri, emal edilməmiş gönlər, südlü pastalar yer alır.
Həmin məhsullardan biri olan kərə yağının idxalına tətbiq edilən 15 faizlik rüsum 2017-ci ildən Nazirlər Kabinetinin qərarı ilə 5 faizə endirilmişdi. Daha sonra bu güzəştin müddəti üç dəfə uzadılıb. Sonuncu dəfə 2023-cü ilin dekabrında 2 il müddətinə tətbiq olunan güzəşt bu il uzadılmayıb.
Dövlət Gömrük Komitəsi isə kərə yağı idxalının tam rüsuma cəlb olunmasına sentyabr ayından etibarən “hazırlaşmağa” başlayıb. Redaksiyamıza daxil olan məlumatlara görə, xüsusilə Avropa ölkələrindən gətirilən kərə yağları gömrükdə kəskin şəkildə yubatılıb, bəzi hallarda maşınlar həftələrlə saxlanılıb.
Dekabr ayında isə idxal edilən kərə yağının yarıdan az hissəsi rəsmiləşdirilib. Hazırda onlarla maşının gömrük rəsmiləşməsini gözlədiyi bildirilir. Gömrük orqanlarının həmin yükləri 15 faizlik rüsumla rəsmiləşdirmək istədiyi, idxalçıların isə məhsulun güzəşt dövründə gömrük sərhədini keçdiyini əsas gətirərək 5 faizlik rüsumda israr etdikləri qeyd olunur.
Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana 23 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 min ton və ya təxminən 13 faiz azdır.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Dövlət Gömrük Komitəsi uzun illərdən sonra ilk dəfə büdcə ödənişləri planını yerinə yetirə bilməyib. 11 ay üzrə büdcəyə daxilolmalar proqnozdan 3,4 faiz az olmaqla 5 milyard 752,2 milyon manat təşkil edib.
Yağ idxalında yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, gömrükdə gözləyən idxalçılarla bağlı məlumatlar məxfi xarakter daşıdığı üçün açıqlana bilməz. Komitənin mətbuat xidmətindən qeyd olunub ki, konkret fakt təqdim edilərsə, araşdırma aparıla bilər, lakin ümumi məlumatların verilməsi qanunvericiliklə məhdudlaşdırılıb.
Dekabr ayı üzrə ölkəyə gətirilən yağın həcmi ilə bağlı suala da cavab verilməyib. Bildirilib ki, bu istiqamətdə statistik məlumatlar yanvarın 15-dən sonra açıqlanacaq. Komitənin mətbuat xidməti həmçinin dekabrda gömrüyə edilən müraciətlərin yanvarda hansı rüsumlarla dəyərləndiriləcəyi ilə bağlı sualımızı da cavabsız qoydu.
Kainat.tv
DGK yağ idxalçılarına problem yaradır: qurum güzəştin bitməsinə sentyabrdan "hazırlaşırmış"
08
yanvar
11:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq hədiyyəsi 2-ci YAZI
Kərə yağı MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma DALĞASI... - BELƏ DAVAM EDƏRSƏ...
İranın 5 manatlıq kərə yağları - Bakıda zəhər satılır?
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN ŞAHI - ELMİR RAMAZANOV VƏ XAN - VƏZİR HƏSƏNOV -İLGİNC FAKTLAR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ