Tanınmış tikinti şirkətlərindən olan “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan sakinlərin “ƏDV qalmaqalı” davam edir.
Bakupost.az xəbər verir ki, dövlətin vətəndaşa tanıdığı ƏDV güzəştindən (30% geri qaytarılma) məhrum olunan yüzlərlə sakin artıq vergini deyil, “Avant Qrup” MTK-nı məhkəməyə verməyə hazırlaşır. Sakinlər iddia edir ki, onlar “Avant Qrup” MTK-nın sabiq hüquqşünası Araz Mahmudovun XəzərNews.az-a açıqlamasından sonra anlayıblar ki, “qaytarılmayan ƏDV-lər” problemi düşünülmüş bir “oyun”un – MTK-Vergi sövdələşməsi nəticəsində yaranıb.
Hüquqi “məsləhət”, yoxsa maliyyə tələsi?
Sakinlərin iddiasına görə, problemin kökündə “Avant Qrup”un rəhbərliyi və “Avant Park”da satış işlərini həyata keçirən əməkdaşlar dayanır. Belə ki, hələ 2022-ci ilin aprelindən sonra müxtəlif vaxtlarda mənzil alan vətəndaşlar Prezidentin 25 may 2025-ci il tarixli Sərəncamından sonra ƏDV-nin geri qaytarılması üçün xüsusi depozit hesabı açmaq və ödənişi bu qaydada həyata keçirmək istəyiblər. Lakin MTK onları bu qanuni addımdan çəkindirmək üçün qeyri-qanuni arqumentlərdən istifadə edib.
Zərərçəkmiş sakinlərin sözlərinə görə, MTK rəsmiləri onlara israrla bildirib ki, depozit hesabı açsalar, gələcəkdə “problem yaşayacaqlar” və ya “borclu çıxacaqlar”. Hətta sakinlərə, “MTK indiyə qədər vergilərinizi ödəyib, necə olacaq?” kimi əsassız suallarla manipulyasiya edilərək, ödənişlərin birbaşa şirkətin ümumi hesabına köçürülməsi təlqin olunub. Nəticədə yüzlərlə vətəndaş pulu şirkət tərəfindən verilən tək hesaba köçürüb, beləliklə MTK öz maliyyə axınını təmin edib, lakin sonda sakinlər dövlətdən alacağı vəsaitdən (ƏDV-dən) məhrum olub.
Məsuliyyəti “vergi”nin üzərinə atmaq taktikası
Sakinlərin iddiasına görə, onlara bu barədə informasiya verənlərdən biri də “Avant Qrup”un sabiq hüquqşünası Araz Mahmudov olub. Belə ki, A.Mahmudov həm şirkətdə çalışdığı dövrdə, həm də sonradan vəkil kimi fəaliyyət göstərdiyi vaxtlarda eyni ssenarini təkrarlayıb: “Avant”ın günahı yoxdur, məsələ Vergi Xidmətindədir”. Etiraf edək ki, əgər sakinlərin iddiaları doğrudursa, bu yanaşma, əslində, MTK-nın prosesdən “quru çıxması” üçün hazırlanmış mükəmməl müdafiə strategiyası olub. A.Mahmudov isə saytımıza açıqlamasında isə deyir: “Mən orada heç kimi yönləndirə bilmərəm, mən vəkiləm, maliyyəçi deyiləm”.
Hüquqşünasın “MTK vergi orqanının təlimatı ilə ödənişi öz hesabına qəbul edib, vergi deyib ki, problem deyil, satışınızı edin” ifadəsi isə daha dərin bir problemin - MTK ilə vergi orqanı arasında şifahi razılaşmaların və “gizli sövdələşmə”nin mövcudluğunu ehtimal etməyə əsas verir. Görünən odur ki, şirkət satışını edərək pulunu qazanmaq istəyib, vətəndaşın gələcəkdə qarşılaşacağı hüquqi sıxıntı isə onları maraqlandırmayıb. Normal ölkələrdə bu cür hallar və faktlar cinayət məsuliyyəti yaradır.
A.Mahmudovun açıqlamasındakı ən diqqətçəkən məqam isə məsuliyyətin tamamilə dövlət qurumunun üzərinə atılmasıdır. O israrla bildirir ki, cavabdeh qurum vergi orqanıdır və buna görə də “Avant Qrup”a qarşı qaldırılan iddialar məhkəmələr tərəfindən rədd edilir. “MTK sadəcə satıcı rolundadır” kimi arqumentlər isə əslində tikinti maqnatlarının vətəndaşa münasibətini ortaya qoyur və sakinləri yayındırır. Yəni, “biz pulumuzu aldıq, gerisi sakinlərlə dövlət arasındakı problemdir”. Halbuki, müştərini yanlış istiqamətləndirən, ona depozit hesabı açmağa mane olan, tək hesab verən məhz “Avant Qrup” MTK olub. Sonradan sakinlər çarəsiz qalıb “nə edək?” soruşanda isə “artıq hesabı ayırmağın mənası yoxdur, davam edin, işiniz məhkəməyə gedəcək” cavabını almaları, onların necə bir dalana yönləndirildiyini göstərir.
İtirilən pullar, qazanılan əsəb...
Beləliklə, vətəndaşların illərlə topladığı vəsaitin ƏDV-si havada qalıb. Ortada olan mənzərə budur: “Avant Qrup” MTK mənzillərini satıb, vəsaitini əldə edib. Şirkətin sabiq hüquqşünası isə prosesi “vergi orqanının təlimatı” adı altında ört-basdır edir. Lakin onu da unudur ki, alıcıdan alınmış ƏDV-nin düzgün uçotu, vaxtında bəyan edilməsi və ƏDV depozit hesabına yönləndirilməsi satıcının - yəni vergi ödəyicisi olan MTK-nın birbaşa öhdəliyidir. Bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış hüquqi və maliyyə risklərinin alıcıların üzərinə ötürülməsi qanuna ziddir. Aldadılan, yanlış məlumatlandırılan və nəticədə maddi zərər görən isə yüzlərlə sakindir. İndi onlar haqlı olaraq sual edirlər: “Əgər bu bir "texniki problem" idisə, niyə bizə israrla depozit hesabı verilmədi?”. Bu sualın cavabı, çox güman ki, MTK-nın maliyyə hesabatlarında gizlənir.
Məsələ artıq hüquqi çərçivədən çıxaraq vətəndaşın etibarından sui-istifadə müstəvisinə keçib. Aidiyyəti qurumların bu “sövdələşmə” iddialarını dərindən araşdırmasına ehtiyac var.
Qeyd edək ki, hazırda “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan sakinlərin “ƏDV məsələsi” ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə təqdim edilməsi üçün müstəqil iqtisadçıların, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyətləri institutlarının rəyləri toplanılır.
Mövzunu davam etdirəcəyik...
Kainat.tv
“Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb?
06
yanvar
19:51
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Hacı Məmmədov”un dəstəsində tutulan Araz Dadaşovla bağlı ŞOK MƏLUMATLAR – Suriyada döyüşüb və...
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
"Sədərək" və "Binə" Ticarət mərkəzində nə baş verir? - ƏDV QAYTARILMIR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ