Ağ Ev Kremlin Yaxın Şərqdəki son təsir alətlərini də sıradan çıxartmağa, Suriyanı yeni qlobal “sabitlik oxu”na daxil etməyə və ABŞ-ın bu regionda nisbətən sarsılmış nüfuzunun bərpasına çalışır... Rusiya isə Suriyada vaxtilə Əsəd rejimi üzərindən yaratdığı hərbi-siyasi sistemin dağıdılma prosesini sadəcə, müşahidə etmək məcburiyyətində qalıb...
ABŞ Suriyada müvəqqəti hökumətə və onun yeni liderinə genişmiqyaslı dəstək vermək qərarına gəlib. Buna paralel olaraq isə vaxtilə Əsəd rejimini və onun hərbi cinayətlərini dəstəkləmiş Kreml Rusiyanın neqativ davranışlarının Suriyada yaratdığı mövcud reallıqla üz-üzə qalıb. Yəni, hazırda Rusiya Suriya üzərində təsir mexanizmlərini tamamilə itirmək ərəfəsindədir. Və bu, Rusiya siyasi dairələri üçün olduqca ağır geopolitik məğlubiyyət anlamı daşıyır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Ağ Evdə Suriya lideri Əhməd Əl-Şəraa ilə görüşü və onun haqqında “güclü liderdir, Suriyanı uğurlu edə bilər” fikrini səsləndirməsi Yaxın Şərq diplomatiyasında yeni mərhələnin başlanğıcını göstərir. Belə ki, Tramp administrasiyası Bəşər Əsəd diktaturası dövrünü keçmiş hesab edir və Suriyanın gələcəyini məhz fərqli liderlik modelində görür. Ağ Ev sahibinin fikrincə, Əl-Şəraa “mürəkkəb yerdən gələn, ancaq özü də mürəkkəb və güclü şəxsiyyətə malik” bir liderdir. Prezident Donald Trampın “Suriyanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik” bəyanatı ABŞ-ın bu ölkədə Rusiya təsirini tamamilə ləğv etmək planının açıq əlamətidir.
Məsələ ondadır ki, Suriyada illərlə davam etmiş və milyonlarla insanın həyatını alt-üst edən müharibənin sonunda Ağ Evin əsas məqsədi artıq tədricən aydınlaşır. Belə ki, ABŞ bu ölkəni Kremlin siyasi orbitindən tamamilə çıxartmaq və onu Qərbyönümlü inkişaf modelinə istiqamətləndirmək niyyətindədir. Və Əhməd Əl-Şəraanın rəhbərlik etdiyi yeni hökumət həm siyasi, həm də ideoloji baxımdan, bu məqsədə uyğun görünür.
Maraqlıdır ki, Suriya liderinin administrasiyası artıq Rusiyanın Suriyadakı hərbi bazalarının hüquqi statusunu müzakirə etməyə başlayıb. Daha da əhəmiyyətlisi, Suriya lideri açıq şəkildə bəyan edir ki, “Rusiya istər-istəməz Suriya xalqına qarşı müharibədə iştirak edib” və bu səbəbdən də Kreml artıq rəsmi Dəməşqin “himayədarı” deyil. Eyni zamanda, Əl-Şəraanın “axtarılan şəxslər, o cümlədən də, Bəşər Əsəd Suriyaya təhvil verilməlidir” açıqlaması yeni müvəqqəti hökumətin keçmiş diktatura rejimi ilə kəskin şəkildə məsafə saxladığını göstərir.
Onu da nəzərə almaq lazımdır ki, Rusiya 2015-ci ildən devrildiyi günə qədər Suriyada Bəşər Əsəd rejiminin əsas beynəlxalq dayağı olmuşdu. Rusiya məhz Suriyadakı hərbi bazaları vasitəsilə Aralıq dənizinə strateji çıxış əldə etmişdi. Ancaq indi bu üstünlüyün dayanıqlığı ciddi sual altına düşüb. Çünki əgər, rəsmi Dəməşq yeni hüquqi rejim çərçivəsində həmin Rusiya hərbi bazalarının fəaliyyətini məhdudlaşdırarsa, bu, Kreml üçün yalnız hərbi deyil, həm də geostrateji itki olacaq.
Məsələ ondadır ki, ABŞ-ın istəyi və dəstəyi ilə rəsmi Dəməşq belə bir addım atarsa, onda Rusiya Yaxın Şərqdəki yeganə sabit hərbi-strateji dayaq nöqtəsini itirə bilər. Digər tərəfdən, ABŞ və Qərb şirkətləri Suriyanın bərpası ilə bağlı prosesə birbaşa daxil olduqdan sonra Rusiyanın bu ölkəyə iqtisadi təsiri də azalmış olacaq. Və nəhayət, Kreml beynəlxalq miqyasda müharibə cinayətlərinə görə ittiham da edilə bilər, çünki Əl-Şəraa hökuməti bu məsələni artıq açıq şəkildə gündəmə gətirməyə başlayıb.
Maraqlıdır ki, Tramp administrasiyası Suriyada baş verməkdə olan bu siyasi dəyişiklikdən maksimum səviyyədə istifadə etməyə çalışır. Ağ Ev üçün Suriyanın “yeni siyasi-ideoloji xəritəsi” həm İran, həm də Rusiya əleyhinə siyasətin tərkib hissəsidir. Və əgər, Əl-Şəraa hökuməti tam şəkildə legitimləşərsə, bu, Yaxın Şərq regionunda bir neçə mühüm nəticəyə gətirib, çıxara bilər.
Birincisi, bu halda, Rusiya və İranın Suriyada bütün geopolitik mövqeləri itirilmiş olacaq, həm Kremlin, həm də rəsmi Tehranın illərlə reallaşdırmağa çalışdığı siyasi-ideoloji layihələr də iflasa uğrayacaq. Buna paralel olaraq, xüsusilə də, Türkiyə üçün yeni geopolitik və geostrateji fürsətlər yaranmağa başlayacaq. Belə ki, rəsmi Ankara Yaxın Şərqdə həm ABŞ, həm də yeni Suriya rəhbərliyi ilə ortaq fəaliyyəti bərpa etməyə çalışacaq. Prezident Donald Trampın “hazırda Yaxın Şərqdə uzun illərdən sonra ilk dəfə sülh var” açıqlaması da məhz bu ehtimalın siyasi-ideoloji çərçivəsini əks etdirir. Və ABŞ-ın dəstəklədiyi yeni regional sabitlik modelini ön plana çıxarır.
Belə anlaşılır ki, Suriyada artıq tanklar və raketlərlə deyil, legitimlik və diplomatiya vasitəsilə mübarizə gedir. Rusiya hərbi istiqamətdə öz mövqelərini hələlik saxlasa da, siyasi-ideoliji səhnədə geri çəkilməyə məcburdur. Çünki yeni müvəqqəti hökumətin və onun lideri Əl-Şəraanın beynəlxalq səviyyədə legitimlik qazanması Rusiyanın Suriyada qurduğu “Əsəd sistemi”nin tamamilə ləğv edilməkdə olduğunu göstərir.
Təbii ki, ABŞ isə Türkiyə ilə paralel olaraq, bu siyasi-diplomatik boşluğu öz xeyrinə doldurmağa çalışır. Yəni, Ağ Ev rəsmi Ankara ilə ortaq fəaliyyət üzərindən Suriyada legitim, Qərbə açıq, regional sabitlik ideyasını dəstəkləyən yeni siyasi idarəçilik sistemi formalaşdıraraq, ABŞ-ın Yaxın Şərqə geopolitik qayıdış prosesini təmin etməyə cəhd göstərir. Bu baxımdan, Tramp–Əl-Şəraa görüşü sadəcə, iki dövlət liderinin dialoqu deyil. Bu, həm də Suriyanın gələcək siyasi-iqtisadi arxitekturası uğrunda ABŞ və Rusiya arasında baş verən strateji toqquşmanın yeni mərhələsidir.
Əslində, Tramp administrasiyasının hazırda ön planda tutmağa çalışdığı hədəf aydındır. Belə ki, Ağ Ev Kremlin Yaxın Şərqdəki son təsir alətlərini də sıradan çıxartmaq, Suriyanı yeni qlobal “sabitlik oxu”na daxil etmək və ABŞ-ın bu regionda nisbətən sarsılmış nüfuzunu bərpa etmək niyyəti güdür. Rusiya isə vaxtilə Suriyada Əsəd rejimi üzərindən yaratdığı hərbi-siyasi sistemin dağıdılma prosesinə sadəcə, şahidlik etmək məcburiyyətində qalıb. Və bu, o deməkdir ki, Rusiya hazırda savaş meydanında yox, məhz siyasi-diplomatik masada məğlub olmağa başlayıb.(musavat.com)
Kainat.tv
Ağ Ev Kremlin son "alınmaz qala"sını da dağıdır: Trampın "güclü lideri" Rusiyanı Suriyadan çıxarır
12
noyabr
10:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
Əsəd İrəvanı çarpaz zərbələrə HƏDƏF ETDİ: Suriyanı UDUZAN KREML indi Ermənistanı "VURMAĞA" məcburdur
Kreml "Suriya Hitleri"ni Qərbə NİYƏ VERMİR: Rusiya MDB məkanında HİBRİD SAVAŞI da uduzur
Kreml Suriyada yenə "vuruldu", ruslar əliboş göndərildi: Rusiyaya "qapı"nı göstərib, Əsədi tələb etdilər
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ