Paytaxtın Binəqədi rayonunda yerləşən Mir Cəlal küçəsi 34 ünvanda, 9 mərtəbəli binanın birinci mərtəbəsinin önünə əlavə artırma inşa edilir. Tikili qanunsuzdur, amma özbaşına aparıldığını demək sadəlövhlük olar. Çünki hamı yaxşı bilir ki, nəinki rayonun izdihamlı yerlərindəki mənzillərdə, hətta ucqar lardakı fərdi evlərdə belə çəkic taqqıltısı gələndə, daş daş üstünə qoyulanda mənzil – istismar sahəsinin işçiləri gəlib qanunun-qaydanın mövcudluğunu xatırladırlar. Məlum olduğu kimi, MİS-lər qanunsuz tikililərə nəzarət müstəvisinə iyerarxiya nərdivanında ən aşağı pillədə qərar tuturlar. MİS rəisi və işçilər bu tip neqativ hallara özbaşına göz yuma bilməzlər. Ozbaşına tikinti işlərinə isə təmənnasız göz yumulmur. Daha yuxarı instansiyanın – Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin direktorunun (bizim misalda Elmin Zamanovun) xəbəri olmalıdır. O isə öz növbəsində Rayon İcra Hakimiyyətinin başçısını (bizim misalda Elxan Allahverdiyevi) və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbərini (bizim misalda Rəfail Mehrəliyevi) razı salmalı, “məsuliyyəti” onlarla “ata malı” kimi bölüşməlidir. Əks təqdirdə qanun yada düşür: RİH tərəfindən qeyri-qanuni tikililərin sökülməsi və binalarda özbaşına aparılmış konstruktiv dəyişikliklərin bərpası üçün rayon məhkəməsi qarşısında iddia qaldırılır. İşlər üzrə məhkəmə tərəfindən məhkəmə ekspertizası təyin edilir.
Sözügedən ünvanda özbaşına artırmanın inşa edildiyi vaxt apardığımız çəkiliş nəticəsində qeydə aldığımız video-görüntülərdə nəzəri cəlb edən bir detal da budur ki, tikilinin qabağında ağaclar var. Əgər artırılan hissə qeyri-yaşayış obyekti kimi nəzərdə tutulubsa, yaxın gələcəkdə həmin obyektin kölgədə qalmaması üçün ağacların da məhvə məhkum ediləcəyi ehtimalı böyükdür.
Şübhəsiz ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında bu artırmanı rəsmiləşdirən heç bir məlumat yoxdur və ola da bilməz.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Binəqədi icra hakimiyyətinin müavini olan Hacıbaba Babayevin “razılığı“ əsasında aparıldığı iddia olunur. Məsələ ilə bağlı rayon Binəqədi İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən açıqlama almağa çalışacağıq.
Xatırladaq ki, Mənzil Kommunal Təsərrüfatı Departamenti yüksək məbləğlərdə qeyri-qanuni gəlirlərin əldə olunması üçün ən münasib qurumlardan biri kimi tanınır. Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir. Bu amil daha az diqqət göstərilən bu idarələrə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi üçün münbit şərait yaradır.
Elxan Allahverdiyevin başçılıq etdiyi Binəqədi isə paytaxtın ən çox qanunsuz tikintiyə rəvac verildiyi rayonlarından biridir. Əgər Elxan Allahverdiyev bu qanunsuzluqlardan xəbərsizdirsə – demək, idarə edə bilmir. Yox əgər xəbəri var və göz yumursa – bu artıq vəzifə səlahiyyətlərindən sui-istifadədir.
Nyus.Az
Kainat.tv
Binəqədidə Elxan Allahverdiyevin göz yumduğu növbəti qanunsuz tikili - VİDEO
20
oktyabr
20:19
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Binəqədi ZİBİLİN İÇİNDƏ: əllərindəki texnika isə... - VİDEOFAKT
Binəqədidə MƏNFƏTİ ÜÇÜN DÖVLƏT MALINI TALAYAN KİMDİR? - İTTİHAM VAR...
YAP-ın ən varlı namizədlərindən biri: Məhəməliyevin sərvətinin – TAM SİYAHISI
Deputat Nəsib Məhəməliyevin FANTASTİK SƏRVƏTİ açıqlandı, GÖRÜN NƏLƏRİ VAR - Prezidentə MÜRACİƏT
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ