Apardığımız araşdırmalar göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi təkcə qrantların paylanmasında deyil, müxtəlif tədbirlərin keçirilməsi üçün dövlət satınalmalarında da ciddi saxtakarlıq yolunu tutub. Amma, nə karədirsə bu quruma "qaşın üstə gözün var" deyən yoxdur.
Bu sətirlər “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı tərəfindən Yenixeber.org-a daxil olmuş yazıda yer alır.
Məlum aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:
Bu ilin əvvəlində QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmisi açıqlama verərək, Şuşada QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının, Xankəndidə isə QHT-lərin III Əməkdaşlıq Forumunun keçiriləcəyini bildirmişdir. Yəni, bu tədbirlər artıq Agentliyin planına daxil edilibmiş, bunlar təcili ortaya çıxan tədbirlər deyilmiş.
Lakin, dövlət satınalmalar portalında axtarışdan məlum olur ki, hər iki tədbir üçün “bir mənbə” satınalma metodundan istifadə edilərək "BRİGHT SOLUTİONS" MMC ilə müqavilə bağlanmışdır.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsində aydın göstərilir ki, “bir mənbə” satınalma metodu nə zaman tətbiq edilə bilər:
49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə.
Gördüyünüz kimi, bu halların heç biri əsas vermir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi belə bir saxtakarlıq etsin.
Lakin, nəzarət qurumu belə halları nəzərə almadan Agentliyə satınalma müqaviləsinin bağlanmasına icazə vermişdir. Müqaviləyə əsasən Agentlik "BRİGHT SOLUTİONS" MMC-yə 181 342 manat vəsait köçürmüşdür.
Maraq doğuran səbəblərdən də biri nəzarət qurumunun belə qanunsuzluğa qol qoyması və 2 tədbir üçün bu məbləğdə vəsaitin ayrılmasına razılıq verməsidir.
15 aprel 2025-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov bir açıqlama vermişdi: “Bir mənbədən satınalmaların sayı və məbləğində artımın qeydə alınması şəraitində bu metod üzrə qiymətlərin optimallaşmasına zərurət var. Bir mənbədən satınalma metodunun vaxt məhdudiyyəti əsası ilə alınan icazələrinin Icra prosesində təsdiqinin tapmaması, bir mənbədən satınalma metodunun tətbiqinin vaxta qənaətə imkan verməsi fonunda əksər hallarda vəsaitə qənaətlə nəticələnməməsi kimi hallar müşahidə edilmişdir”.
Buradan Hesablama Palatasının sədri Vüqar müəllimə səslənirik. Sizin audit sahəsində kifayət qədər təcrübəniz var. Xahiş edirik, auditorlarınız QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətindəki bu saxtakarlıqları ciddi araşdırsınlar.
Təsadüfi deyil ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi mütəmadi olaraq bütün tədbirləri üçün “bir mənbə” satınalma metodundan istifadə edir. Görünür buradakı maraq digər satınalmalardan daha güclüdür. Əksər qurumlar bu metoddan il ərzində heç bir dəfə də istifadə edə bilmir. Görünür, əlahəzrət güc Agentliyin satınalmalarına böyük maraq göstərib, dəstək verir.
Əvvəlki yazılarımızda təqdim etdiyimiz kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki tədbirlərin keçirilməsinin bir səbəbi var, o da dövlət büdcəsində xeyli miqdarda pul çırpışdırmaq. Tədbirlərin mövzusuna, onların nəticələrinə ayrıca toxunacağıq. Görüntü, daha çox pul silmək üçün hər cür yola əl atırlar, rəsmi tədbirə musiqiçilərə qədər gətirib oxudurlar ki, büdcə böyük olsun. Soruşan yoxdur ki, tədbirdə qaldırdığınız problem və ya məsələnin nəticəsi necə oldu?(Yenixeber.org )
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Kainat.tv
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – Şuşada və Xankəndidə keçirilən tədbirlərin izi ilə…
20
oktyabr
10:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ