Hüquqşünas: “Problemin iki səbəbi var - daşınmaz əmlak reyestrinin qapalı olması və tikinti sahəsində korrupsiya”
“Yeni tikilən binalarla bağlı uzun müddətdir ki, söz-söhbət gedir. Bəzi binaların keyfiyyətli tikildiyi bildirilsə də, bir çox binaların keyfiyyətsiz tikilməsi barədə ortada faktlar var. Dəfələrlə şahidi olmuşuq, kütləvi informasiya vasitələrində verilən məlumatlarda da görmüşük, insanlar özləri də çəkib, sosial şəbəkələrdə paylaşırlar.
Bu binaları tikənlər müəyyən boşluqlardan istifadə edirlər. Görünür, kiməsə güvənirlər, yaxud ciddi səhlənkarlığa yol verirlər. Cəzasız qalacaqlarına əmin olduqları üçün belə etibarsız binaları tikib təhvil verirlər. Faktiki, bu adamlar tikinti dəllallarıdır. Fövqəladə Hallar Nazirliyi və digər müvafiq dövlət orqanları binaları təhvil almadan onları istifadəyə vermək olmaz. Çünki binalara su, qaz çəkilməli, digər işlər görülməlidir. Əks halda, heç kim o binalarda girib yaşamaz. Adamlar pullarını geri istəyə, tikinti şirkətini məhkəməyə verə bilərlər. Binaların tikilməsinə "yuxarıdan aşağı" kim icazə veribsə, binaların özülündən başa qədər yoxlama səlahiyyətinə də malik olmalıdır. Adicə binanın özülünə beton tökürlər, heç kim yoxlamır. Birinci tikilir, heç kim yoxlamır, ikinci, üçüncü... On altı-on yeddi mərtəbəli binalar tikilib, indi bəlli olur ki, belə ciddi problemlər var".
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
Deputat deyib ki, Azərbaycan heç nədən sığortalanmayıb: “Allah uzaq eləsin, istənilən vaxt zəlzələ də, digər təbii fəlakətlər də ola bilər. Binaların əksəriyyətinin girişində obyektlər tikirlər. Faktiki binaların həyətinə yanğınsöndürən maşınların girməsi mümkün deyil. Bu proses indi də davam edir. Şəhər mərkəzində istənilən məhəlləyə gedin, böyük əksəriyyətində giriş-çıxış həddindən artıq məhdudlaşıb. Təəssüf ki, şəhər təsərrüfatında özbaşınalıq davam edir. Axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar. Məlumdur ki, tikinti sahəsində xeyli dələduzluq halları olub. Çox sayda adam həbs olunub. Proses isə davam edir. Bir mənzil bir neçə adama satılır. Bunların hər birinin qarşısını almaq üçün binaların tikintisinə icazə veriləndə eyni zamanda həmin tikintiyə nəzarət də olmalıdır. Bizdə isə bu nəzarət ilkin dövrdən yoxdur. Bir hadisə baş versə, bizi böyük fəlakət gözləyir”.
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri bağlıdır: “Təəssüf ki, ciddi bir problemdir. Halbuki dünyanın əksər inkişaf etmiş ölkələrində, hətta bəzi inkişaf etməkdə olan dövlətlərdə belə daşınmaz əmlakın dövlət reyestrinin elektron versiyası hər kəs üçün açıqdır. Orada hər kəs istənilən vaxt girib baxa bilər ki, hansı əmlak kimə məxsusdur, həmin əmlak üzərində hansı tikinti işləri aparılıb, tikintiyə icazə verilibmi, hansı şərtlərlə həyata keçirilib. Hətta bəzən evdə təmir işləri aparılanda belə, əgər divarların yeri dəyişdirilirsə və ya planlaşdırmaya təsir edən nəsə edilirsə, qonşular da bundan xəbərdar olur. Çünki qonşunun etdiyi dəyişiklik mənə də təsir edə bilər - ya səs, ya təhlükəsizlik, ya da başqa bir aspektdən. Buna görə də bütün bu məlumatlar şəffaf şəkildə ictimaiyyətə açıq olur”.
Onun sözlərinə görə, bəzi ölkələrdə bu məlumatlara çıxış ödənişli, bəzilərində isə tamamilə pulsuzdur: “Ancaq əsas məsələ odur ki, açıqdır. Evimin yanında hansısa bina tikilirsə, dərhal dövlət reyestrinə baxaraq öyrənə bilərəm ki, bu tikintiyə kim icazə verib, kim həyata keçirir, hansı şərtlərlə aparılır. Əgər hesab edirəmsə ki, burada qanunsuzluq var və hüquqlarım pozulur, onda məhkəməyə müraciət edə, həmin icazəni verən və tikintini həyata keçirən şəxslərə qarşı iddia qaldıra bilərəm”.
Hüquqşünas qeyd etdi ki, təxminən 15 il əvvəl qanunvericiliyimizdə bu məlumatların açıq olması nəzərdə tutulmuşdu: “Sonra qanuna dəyişiklik edildi və artıq daşınmaz əmlakla bağlı məlumatların açıq olması ləğv olundu. Bu səbəbdən, yuxarı qonşum mənzilindən evimə su axıtsa, heç cür öyrənə bilmirəm ki, həmin mənzilin sahibi kimdir. Çünki məhkəməyə müraciət etmək üçün mülkiyyətçinin ad-soyadını bilməliyəm”.
Hüquqşünas onu da vurğuladı ki, tikilən binaların böyük əksəriyyətinin layihəsi təsdiqlənmir: “Tikinti şirkəti rüşvət, korrupsiya yolu ilə icazə alır, amma layihə rəsmən təsdiqlənmir. Layihə təsdiqlənmədiyi üçün də heç kəs onunla tanış ola bilmir”.
Ə.Həsənov onu da vurğuladı ki, başqa bir ciddi problem də tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfərə satması ilə bağlıdır: “Bu niyə baş verir? Çünki əgər 2018-ci ildə qəbul edilən qanun tam tətbiq olunsaydı, hər bir mənzil əvvəlcədən dövlət reyestrində qeydiyyata alınmalı idi. Yəni bina hələ tikilməmişdən mənzilin mülkiyyət hüququ qeydiyyata düşməli idi. Belə olsaydı, bir mənzili eyni vaxtda iki və ya on nəfərə satmaq mümkün olmazdı. Çünki dövlət reyestrində artıq həmin mənzilin sahibi görünəcəkdi. Ancaq bu da edilmir.
Əvəzində vətəndaşa deyirlər ki, “kupça yoxdur, qeydiyyat yoxdur, sadəcə, müqavilə bağlayırıq”. Belə olan halda, tikinti şirkəti həmin müqaviləni bir nəfərlə də, iki nəfərlə də, hətta 10 nəfərlə də bağlaya bilər. Çünki nəzarət mexanizmi yoxdur. Niyə yoxdur? Çünki qeydiyyat yoxdur. Qeydiyyatın olmamasının səbəbi isə layihənin olmamasıdır. Layihə niyə yoxdur? Çünki korrupsiya var. Əgər torpağın mülkiyyət hüququ əvvəlcədən verilsəydi və bütün layihələr təsdiqlənsəydi, tikinti şirkətləri dövlət məmurlarından asılı vəziyyətdə qalmayacaqdı. Ancaq bəzi məmurlar elə bunu istəyir - yəni tikinti şirkətlərini daim asılı vəziyyətdə saxlamaq. Beləliklə, problemin kökündə iki əsas məsələ dayanır: daşınmaz əmlak reyestrinin qapalı olması və tikinti sahəsində korrupsiya. Bu iki amil vətəndaşların mülkiyyət hüququnu pozur, onları aldadılma və zərərçəkmiş vəziyyətinə salır". “Yeni Müsavat”
Kainat.tv
Bakını başına alan özbaşına tikintilər - həyəcan təbili
26
sentyabr
11:47
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
Bakıda mühüm TƏDBİR: Prezident çıxış etdi – FOTOLAR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
SON DƏQİQƏ! İcra başçılarına ŞOK QADAĞA! - Bina tikmək OLMAZ!
Başçının müavini ZƏBT ETDİYİ torpaq sahəsində RESTORAN TİKİB, GÖL DÜZƏLDİB
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ