İki gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə Azərbaycanda üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub. Doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib. Bir neçə gün əvvəl də ana Bakı metrosunda doğuş həyata keçirmiş və hadisə geniş reklam olunmuşdu.
Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in yaydığı son məlumat insanlar tərəfindən fərqli reaksiyalar doğurub. 21-ci əsrdə hələ də belə halların baş verməsi birmənalı qarşılanmayıb.
Məsələ burasındadır ki, Azərbaycanda dövlət büdcəsindən hər il TƏBİB-ə və Səhiyyə Nazirliyinə Respublika üzrə universal-proqressiv patronaj xidmət göstərilməsi üçün milyonlarla vəsait ayrılır.
TƏBİB-in saytında da qeyd olunur ki, əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımı xidmətinin keyfiyyətinin yüksəldilməsi, hamilə və zahı qadınlar arasında yarana biləcək xəstəliklərin və ağırlaşmaların qarşısının alınması məqsədilə ölkə ərazisində universal-proqressiv patronaj modeli tətbiq edilir. Rəsmi açıqlamalara inansaq:
- TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq Əmrinin icrası məqsədilə təyin edilmiş tibbi ərazi bölmələri üzrə patronaj xidmətinin təşkili və nəzarətini təmin edən 42 nəfər kurator və təlimçilərə beynəlxalq ekspertərin iştirakı ilə təşkil edilmiş Təlimçilərin Təlimi (ToT) kursu keçirilərək, onlara sertifikatlar verilib;
- respublika üzrə 51 nəfər rayon mərkəzi xəstəxanalarının direktorları və 674 nəfər ilkin səhiyyə xidməti üzrə rəhbər şəxslərlə görüşlər keçirilib;
- "Rayon (Şəhər) Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslərin rəhbərlərinin əmri ilə ölkənin hər bir yaşayış məntəqəsi üzrə patronaj üzrə məsul şəxslər təyin edilib;
- tədbirlər planına uyğun öhdəliklərin vaxtında, keyfiyyətlə icra edilməsi və göstərilmiş xidmətin hesabatlılığının aparılması və ümumiyyətlə universal-proqressiv patronaj modelinin aparılma qaydaları mövzularında təlimlər keçirilib;
- Təlimlərdə 3291 patronaj tibb bacısı və sahə mamaları, 1139 nəfər həkim-pediatr, 13 nəfər həkim-mama-ginekoloq iştirak edib. 5236 nəfər tibb işçisi "eudi.az” saytı üzərindən onlayn təlimlərdən keçərək patronaj üzrə sertifikatlar əldə edib;
- Cari il üzrə hamilələrin 84%-i, zahı qadınların isə 92%-i patronaj xidməti ilə əhatə olunub (!!!) və s.
Amma hər nə sirdirsə, patronaj xidmətinin "yüksək səviyyəli" təşkili tam əks nəticələr verməyə başlayıb- hamilə xanımların ağırlaşmaların qarşısını almaq əvəzinə, tam əksi təbliğ olunur. Əks halda, TƏBİB sözügedən məlumatları niyə bəh-bəhlə tirajlasın ki?
Azərbaycanda tibb sahəsində çalışan şəxslər də təcili tibbi yardım avtomobilində anaların övlad dünyaya gətirməsinə tənqidlə yanaşıblar.
Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında hamilə qadınların metroda, təcili yardım maşınlarında dünyaya uşaq gətirməsini tənqid edib:
"Hamilə qadın ilə maarifləndirmə işi necə aparılıb ki, doğum gününü bilmir? Onun doğumdan ən azı 2 həftə əvvəl artıq nəzarətdə və diqqətdə olması lazımdır. Bundan başqa, son anda təcili yardımda baş verən doğum hadisəsi onu göstərir ki, xanımlar uşağı evdə dünyaya gətirmək fikrində olub. Son anda hər hansı səbəbdən fikirlərini dəyişiblər. Bu da qəbuledilməz haldır”.
Professor Adil Qeybulla da hesab edir ki, hamiləlik planlaşdırılan olmalıdır:
"Doğum əvvəlcədən planlaşdırlmalıdır, axı ana yoxlanılır. Onun orqanizminin hamiləlik üçün təhlükəsiz olması tam təsdiləndikdən sonra hamiləlik baş verir. Dünyanın hər yerində hamiləliyin konkret yoxlama protokolu var. Bu, uşağa mütəmadi nəzarətdir. Uşağın inkişafı, anadangəlmə qüsurların olması, döl daxilindəki quruma və onun həyatının davam etməsinin təsdiqi beynəlxalq protokolla təqib edilir. Doğuş sançılarına gəlincə, təəssüflər olsun ki, onu həmişə proqnozlaşdırmaq olmur. Təyyarədə, metroda, təcili yardım maşınları və evdə də belə hadisələr baş verə bilər. Hamilə qadınlar son aylarda daha diqqətli olmalıdırlar. Xüsusi ilə doğuşa yaxın aylarda ki, belə hadisələr baş verməsin. Bəzən doğuş evdə başlayır, qadını xəstəxanaya çatdırmaq olmur. Onu daşıyan təcili yardım maşınları və həkim heyəti buna hazır olmalı, doğuşu təhlükəsiz həyata keçirməyi bacarmalıdır”.
Mövzu ilə bağlı araşdırmamız davam edəcək.
Kainat.tv
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
28
avqust
16:58
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ