Bakı Dövlət Universiteti uzun illər Kirov adını daşıyıb. Yalnız qısa bir müddət Rəsulzadənin adına olub. İndi isə BDU kimi fenomen, ali məktəb dedikdə nümunə göstərilən təhsil universiteti “Elçin Babayevin korrupsiya yuvası” adlanmaqdadır.
Anxeber.Az yazır ki, bu adı “qazanmasında” rektor Elçin Babayevin “müstəsna xidmətləri” var. Onun rəhbərliyi dönəmində BDU kimi əzəmətli ali təhsil ocağı nüfuzdan düşüb, az qala ləğv edilmiş ABU-ya çevrilməkdədir. Bu da məhz rektorun yaratdığı “şərait”dən irəli gəlir.
Belə ki, mediada yayılan məlumatlar, siyasətçilərin çıxışları belə deməyə əsas yaradıb. Bildirilir ki, universitetin rektoru Elçin Babayevin təhsil müəssisəsini böyük rüşvət yuvasına çevirməsi haqda iddialar var. Tələbələrin bilərəkdən imtahandan kəsilməsi, sonradan rüşvət tələb olunması BDU rəhbərliyinin “idarəçilik prinsipi”nin əsasını təşkil edir.
KİV-də gedən xəbərlərə görə, bütün bunları təkcə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi faktı təsdiqləyir.
Eyni zamanda, sabiq deputat, təhsil eksperti Etibar Əliyevin “universitet islahatları ilk növbədə BDU-dan başlamalıdır” fikri rektor Elçin Babayevin yerində olmadığına dəlalət edir. Görünür, keçmiş Abel Məhərrəmov onun yayında “toya getməli”dir.
Əslində, 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli Elçin Babayevin rektor təyin edilməsi çoxlarını sevindirmişdi. Amma bu 6 il ərzində BDU-nu elə günə salıb ki, özünün də reputasiyası zədələnib, ali məktəbin də. Hətta beynəlxalq göstəricilərdə bunu görmək mümkündür.
Ümumiyyətlə, BDU əvvəlki deyil və təhsilin keyfiyyəti də aşağı düşüb. Bu azmış kimi, rektor universitetdə biznes də qurub.
Məsələn, media resurslarında yayılan informasiyalara görə, rektor Babayev universitetin yeməkxanasını "Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. Təsəvvür edirsinizmi, universitetin kafesindən necə istifadə edilir?
100 il bundan əvvəl universitet yarananda Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olsun. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha indi elmlər namizədi rəhbərlik etməlidirmi?
O da deyilir ki, rektorun rəhbərliyə gətirdiyi kadrların da heç birinin elmi dərəcəsi, təhsillə əlaqəsi yoxdur. Fikrət Heydərov, Əliş Ağamirzəyev, Mirzə Mirzəyev, Elçin Məmmədov, Rəşad Cabbarov, Ləman Hüseynbəyli ayr-ayrı sahələrdən BDU-ya cəlb olunublar.
Bundan əlavə, maxinasiyalar da diqqət çəkir. Misal üçün 2024-cü ilə aid BDU-nun tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üçün “Gesco” ASC-yə 717 min 274 manat ayrılıb. O cümlədən, universitetdə qazanxana üçün “A.E.S – Trading” MMC -yə 2 milyon, 498 min manat ödənilməlidir. Çox qəribədir ki, mühafizə üçün 2023-cü ildə eyni şirkətə 200 min manat artıq ödənilib. Habelə, qazanxana tenderinin maliyyə pozuntusuna görə məhkəmə tərəfindən cərimələnən həmin şirkətə yeni vəsait verilməsi kifayət qədər ciddi suallar yaradır. Necə ki, yeni təmirdən çıxmış I korpusda və stiliyi üçün 78 min manat xərclənmiş II korpusda qış aylarında istiliyin olmaması da suallar doğurur: maxinasiyadırmı, korrupsiyadırmı?!
Satınalma haqqında qanunun tələbləri də zərurət olmadığı halda universitetə 6 ədəd bahalı avtomobilin alınması zamanı pozulub. Salonda hər birinin qiyməti 51 min manat olan avtomobillərə müəllimlərin "boğazından kəsərək” 300 min manatdan çox xərcləməyi bir yana, bu avtomobilləri 72 min manata qeydiyyatdan keçirilib. Hazırda bu avtomobillərdən ikisi yalnız rektorun şəxsi işlərinə xidmət edir. Valideynlərin təhsilə ödədikləri vəsaitin hansı çətinliklərlə əmələ gəldiyini bilməyən Elçin Babayev qəpik-qəpik yığılan bu pulu sağa-sola, hara gəldi xərcləyir. Bir soruşan varmı ki, bu səlahiyyəti kim verib?!
Yeri gəlmişkən, konkret.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: “Ona görə də rektor haqda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır”.
Hafiz Hacıyev deyib ki, rektor Elçin Babayev o yerə layiq olmayan adamdır: “Onun yaxın vaxtlarda yeri ya “Bandotdel”, ya da “DTX” olacaq. Çünki bu cür insanlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır”. Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar.
Bununla belə rektorun və BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin həm mediada yayılan iddialar, həm partiya sədrinin ittihamları ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
Azər Talıbov
AnXeber.Az
Kainat.tv
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
27
avqust
16:43
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Rektor Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da DTX olacaq”
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ