Amerika nəhayət açıq danışdı. Uzun müddət mətbuatda dolaşan şayiələr rəsmi təsdiqini tapdı. ABŞ Zəngəzur dəhlizinin idarə olunmasına daxil olmağa hazırlaşır. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Nyu-Yorkda jurnalistlərə açıq şəkildə bəyan edib: “Bu 32 kilometri bizə 100 illik icarəyə verin və hamınız birlikdə istifadə edə bilərsiniz”.
Kainat.tv xəbər verir ki, Musavat.com-a açıqlama verən siyasi şərhçi Kamran Məmmədli deyib ki, səfirin bu sözləri sadə texniki idarəetmə təklifi deyil: “Bu, geosiyasi strateji təşəbbüs, daha dəqiq desək, bölgəyə daxil olmaq modelinin başlanğıcıdır. ABŞ bu yolla Cənubi Qafqazda balansı dəyişmək, Rusiyanı sıxışdırmaq, İranı neytrallaşdırmaq və Türkiyə ilə yaxınlıq vasitəsilə Azərbaycan ərazisində uzunmüddətli mövqe tutmaq niyyətini ortaya qoyur. Zəngəzur dəhlizi rəsmi olaraq Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək nəqliyyat magistralı kimi təqdim olunur. Lakin artıq bəllidir ki, bu 32 kilometrlik yol təkcə logistik məsələ deyil. Bu, regional və qlobal güclərin maraqlarının toqquşduğu əsas koordinatdır. ABŞ-ın 100 illik icarə təklifi birbaşa Süveyş kanalının Britaniya tərəfindən ələ keçirilməsi modelini xatırladır. Əvvəlcə idarəetmə və təhlükəsizlik adı altında neytral şirkət gəlir, sonra isə həmin struktur vasitəsilə geosiyasi nəzarət təmin olunur. Bu, İraqda, Əfqanıstanda, Afrikada işləyən ssenarinin bu dəfə Zəngəzurda tətbiqidir”.
Siyasi şərhçi deyib ki, hazırda Zəngəzur dəhlizində Rusiya sərhədçiləri mövcuddur: “Əgər ABŞ-a bağlı şirkət də burada fəaliyyətə başlasa, bu, bir yol üzərində 2 düşmən gücün fiziki qarşılaşması anlamına gələcək. Ukrayna müharibəsindən sonra ABŞ-Rusiya münasibətləri yeni soyuq müharibə səviyyəsinə çatıb. Belə şəraitdə Zəngəzur dəhlizinin ABŞ və Rusiya arasında əməkdaşlıq platformasına çevriləcəyinə inanmaq sadəlövhlük olardı. Əksinə, bu bölgənin yeni qarşıdurma zonasına çevrilməsi demək ola bilər. Məhz bu nöqtədə böyük güclər arasında qalan kiçik dövlətlərin taleyini xatırladan məşhur bir atalar sözü yerinə düşür: “Fillər döyüşəndə, zərəri otluq çəkir”.
Siyasi şərhçi deyir ki, İran bu dəhlizə əvvəldən etiraz edir: “Tehran bu layihəni Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasının bölgəyə sirayət etməsi kimi qəbul edir. ABŞ şirkətinin iştirakı isə artıq logistika yox, hərbi-kəşfiyyat prizmalarından qiymətləndiriləcək. Yeni diplomatik böhran, iqtisadi çətinliklər və təhlükəsizlik riski gündəmə gələ bilər. Bu gün Ermənistan Zəngəzur dəhlizinə formal razılıq versə də, praktiki olaraq onu ləngitməklə məşğuldur. Əslində isə Ermənistan da bu layihədən qazanc götürə bilər. Blokadadan çıxmaq, yeni nəqliyyat yollarına qoşulmaq, Rusiya və İranla iqtisadi inteqrasiyanı gücləndirmək imkanı var. Azərbaycan bu mürəkkəb tabloda bir neçə paralel diplomatik kanalla öz maraqlarını təmin edə bilər. Türkiyə ilə təkcə siyasi yox, iqtisadi və hərbi sahədə dərinləşən əməkdaşlıq vasitəsilə dəhlizin təhlükəsizliyi təmin oluna bilər. Rusiya ilə konstruktiv və bərabərhüquqlu münasibət qorunmalıdır. Rusiya bu bölgədə qalacaqsa, o zaman nəzarət və koordinasiya çərçivələri Bakının diktəsi ilə formalaşmalıdır. İranla qarşıdurma yox, təhlükəsizlik və iqtisadi maraqlar çərçivəsində kompromis yolları tapmaq mümkündür. Astara dəhlizi və İran-Azərbaycan-Türkiyə formatında əməkdaşlıq mexanizmləri bu istiqamətdə işə salına bilər. Azərbaycanın Çinlə “Orta Dəhliz” üzrə əməkdaşlığı dərinləşdirməsi də Zəngəzur layihəsini təkqütblü etməkdən qoruyar. Çin nəhəng bazar və siyasi alternativdir. Macarıstan, Serbiya, Avstriya kimi ölkələr vasitəsilə Qərbin içində balanslı mövqelər qurmaq və dəhlizlə bağlı anti-Rusiya isterikasını neytrallaşdırmaq mümkündür. Zəngəzur dəhlizi nə qədər iqtisadi əhəmiyyət daşıyırsa, bir o qədər də geosiyasi təhlükələr ehtiva edir. Hazırda Ermənistan özünü qurban kimi göstərir, İran qorxur, Rusiya gözləyir. Bütün bu ziddiyyətlərin içində yalnız Azərbaycan dəhlizin real sahibi, onun gerçək təhlükəsizliyinin təminatçısı ola bilər. Əgər biz bu dəhlizi iqtisadi arteriya yox, geopolitik partlayış xətti formasında görsək, zərəri yalnız biz çəkərik. Balanslı diplomatiya, milli maraqlar və regional əməkdaşlıq prinsipini əsas götürsək, Zəngəzur dəhlizi Azərbaycanın əsrin layihəsinə çevrilə bilər”.
Dəhliz üzərində geosiyasi PROKER - ABŞ Zəngəzuru 100 illik İCARƏYƏ İSTƏYİR
15
iyul
16:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
ABŞ Zəngəzur dəhlizinə niyə CAN ATIR: Rusiyasız "QAFQAZ SSENARİSİ reallığa çevrilir
Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR
Sosial müavinətlər artırıldı - Fərman
“Çinə Zəngəzur dəhlizi lazım deyil” İDDİASI - düşmənin XAM XƏYALI, yoxsa...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ