Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.
Kainat.tv "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyev UAZ markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü və sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.