Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən 25.04.2025-ci il tarixində yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınması ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş açıq tender sorğusunda “ELEMENT YT” QSC qalib elan olunmuş və həmin təchizatçı ilə 10.165.227,01 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 24.06.2025-ci ildə başlayır və 02.07.2025-ci il tarixdə bitir.
Qeyd edək ki, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərini son illər satınalmalarda ancaq “ELEMENT YT” QSC udur.
Bu məqsədlə tərəflər arasında 12.399.775,71 manat 11.11.2020-ci il, 13.099.713,9 manat 21.09.2021-ci il, 15.144.749,4 manat 07.10.2022-ci il, 14.461.575,32 manat 20.11.2023-cü il, 10.621.760,17 manat 11.12.2024-cü il tarixlərində 5 satınalma müqaviləsi bağlanılıb. Bundan əlavə Elm və Təhsil Nazirliyi 03.09.2024-cü ildə Elm və Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması xidmətlərinin yerinə yetirilməsi üzrə “ELEMENT YT” QSC ilə 1.420,72 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bəs bu qədər vəsaiti Əsasli Tikinti Və Təchizat İdarəsi nə kimi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılmasına ayırıb? Bu məqsədlə idarənin 2024-cü ilin dekabrında bağladığı müqavilənin şərtlər toplusuna nəzər saldıq. Avtomat 1x16A quraşdırılması 2.000 ədəd, Avtomat 1x20A 1.330 ədəd, Avtomat 3x50A 415 ədəd, iki yerli elektrik yuvası 5.330 ədəd, Led panel (30×30) 12.000 ədəd, mövcud yanğın təhlükəsizlik sistemlərinin servisi 1.500 ədəd, kabel Alüminium 4×16 SİP 2.335 ədəd, Kabel mis 1×16 3.000 metr, yanğın tüstü detektorunun quraşdırılması 22.500 ədəd, Gərginlik tənzimləyicisi 308 ədəd, akumlyatorun (12V-5A) quraşdırılması 252 ədəd, quru kimyəvi toz tərkibli yanğınsöndürmə balonlarının yenidən doldurulması 12.000 ədəd və bu kimi 90 adda müxtəlif avadanlıqların alınaraq quraşdırılması nəzərdə tutulub. Amma bu işlərin harada görüldüyü bəlli deyil.
Maraqlıdır, son illər Elm və Təhsil Nazirliyindən milyonlarla manat dövlət sifarişi alan QSC haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub. Daha sonra Abbasov Elçin Təmraz oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib.
“Element YT” QSC barəsində açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Milyonlarla manat dövlət sifarişi alan QSC-nin nə bir sosial şəbəkə hesabı, nə də rəsmi bir internet portalı yoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “ELEMENT YT” QSC son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə çox az məlumat əldə etdik.
Elektron mediada dövlət qurumlarının keçirdiyi tenderlərdə tez-tez qalib olan “Element YT” QSC şirkəti 2022-ci ili 1 milyon 796 min manat xalis mənfəət ilə başa vurması barədə məlumat var. Amma şirkət həm 2021-ci il üzrə, həm də 2023-2024-cü illər üzrə maliyyə göstəriciləri açıqlamamışdır ki, bu da Nazirlər Kabinetinin Qərarının pozulması deməkdir.
Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi “Element YT” QSC son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə ümumi dəyəri 65 727 572 manat dəyəri olan 5 satınalma müqaviləsi bağlayıb. Müqavilə bağlamaq istədiyi son tenderi də bunun üzərinə gəldikdə bu son 5 ildə “Element YT” QSC ilə 75 892 799 manat dövlət vəsaiti edir.
Qeyd edək ki, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq təhsil müəssisələri yanğın xəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, qəza işıqlandırma sistemləri, digər yanğın avtomatika qurğuları ilə çoxdan təchiz olunublar. Bundan əlavə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən mütəmadi olaraq yanğın su hovuzlarına, çənlərinə, su kəməri şəbəkəsinə və hidrantlara texniki müşahidə aparılmalı, su mənbələrinin daima yararlı vəziyyəti təmin olunmalı, daxili yanğına qarşı su kranları şlanq və lülələrlə təchiz edilməlidir. Yanğın su hovuzlarında, çənlərində hesablanmış miqdarda suyun olmasına da daima nəzarət edilməlidir.
Təbii ki, biz təhsil müəssisələrində yanğına qarşı önləyici tədbirlərin görülməsinin əleyhinə deyilik. Amma hesab edirik ki, bu məqsəd adı altında dövlətin milyonlarla manat vəsaiti təyinatı bəlli olmayan yerlərə xərclənməsinə ciddi nəzarət olmalıdır. Təəssüf ki, bölgələrdə, rayon və kəndlərdə məktəblərin yangöndan mühafizəsinə vəsaitlər ayrılsa da bunlara hər məktəbdə əməl olunmur. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC arasında son dörd il ərzində bağlanan müqavilələrin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılmasından daha çox başqa məqsədələrə xidmət etdiyi də buradan açıq-aşkar görsənir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.
Aktualinfo.org
Kainat.tv
Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
02
iyul
11:13
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir...?
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ