Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb. Kainat.tv "Report"a istinadən xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar. Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədinin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.