“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində DVX əməkdaşları yoxlama aparıb.
Barəsində aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq sözügedən ASC-yə 461 855,47 manat əlavə vergi və 290 095,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Digər əldə etdiyimiz digər məlumata görə, şirkətin ümumi vergi borcu hazırda 1 631 437,86 manat təşkil edir.

ASC-nin qanuni təmsilçisi Sabit Nəbiyev Nürəddin oğludur. Şirkətin nizamnamə kapitalı isə 62 641 934,73 manatdır.

Xatırladaq ki, Gəncə Şərab-2 ASC” şirkətinin əsas rəhbəri Namiq Məmmədovdur. 32gun.az
Kainat.tv