BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.
Kainat.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının təqdimatında məlumat verib.
O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq. Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.
"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq", - N. Piriyev bildirib.
Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib: "Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.
Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".
N. Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin “Albalılıq” ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər: "Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər". //Referans.az
COP29 zamanı Bakıya giriş qaydaları açıqlandı— VACİB XƏBƏR
02
noyabr
09:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ: Qaya parçalarının ərazidən götürülmə GÖRÜNTÜLƏRİ
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Zəngəzurla bağlı ilk ANLAŞMA: Həll yolu belə TAPILDI
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI