İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona son səfərində Donald Trampı Türkiyəyə qarşı qaldırmağa çalışdı. Ancaq alınmadı. Amerika prezidenti bütün dünyanın gözü qarşısında Türkiyə və onun prezidenti haqqında yüksək fikirlər səsləndirdi.
İsrail nə istəyir? İstəyir ki, ələvilərin yaşadığı ərazidə-Aralıq dənizinin sahilləri boyunca, Livan kimi bir qondarma dövlət düzəltsin. Eyni zamanda Suriyadakı Amerikan yanlısı PKK-çı kürdləri və duruzları Türkiyəyə qarşı qaldırsın. Ancaq İsrailin bu istəyinin baş tutacağı əvvəlcədən real görünmürdü. Niyə? Bəziləri bunu D.Trampın T.Ərdoğanla xüsusi dostluq münasibəti ilə izah etməyə çalışır. Bəli, onların arasındakı dostluq münasibətinin də bu işə müəyyən təsiri var. Ancaq əsas məsələ bu deyil. Məsələ ondadır ki, Türkiyə bütün parametrlər baxımından Yaxın Şərqdə dominant ölkədir. Bu, real siyasətdə ciddi rol oynayır. D.Trampın yerinə başqa bir prezident olsaydı o da Benyamin Netanyahuya oxşar cavab verəcəkdi.
Onu da xatırladım ki, Co Baydenin prezident olduğu son ildə Türkiyə ilə ABŞ arasında münasibətlərdə istiləşmə prosesi gedirdi. Və bu proses də Amerikanın Türkiyənin real gücü ilə hesablaşmaq zorundan qaynaqlanırdı…
İsrailin ən böyük yanlışı ondadır ki, o, eyni vaxtda həm İranı, həm də Türkiyəni ram etmək istəyir. Bu, İsrailin öz boyunu aşan bir gedişdir…
Ağlınız İrana getməsin. İsrail kefi istəyəndə gəlib İranı bombalayıb gedir. İran bunun qarşısını ala bilmir. Niyə? Çünki İranın havadan müdafiə sistemi son dərəcə zəifdir.
Türkiyədə isə vəziyyət ciddi şəkildə fərqlidir. Tayyib Ərdoğanın böyüklüyü ondadır ki, Türkiyənin hərbi-sənaye kompleksinin sürətli və keyfiyyətli inkişafına nail oldu. Ona görə də İsrail yaxşı başa düşür ki, Türkiyə ilə hərbi qarşıdurma ona çox baha başa gələ bilər. Ona görə də Türkiyə ilə anlaşmağa çalışır.
İsrail və Türkiyə Suriyada mümkün hərbi insidentlərin qarşısını almaq məqsədilə Bakıda danışıqlar aparır. Əlbəttə, bu danışıqlar Yaxın Şərqin yenidən şəkillənməsinə gətirib çıxaracaq…
Əslində Suriyanın Türkiyənin nəzarətinə keçməsi İsrailin xeyrinədir. Əvvəl İran Suriya ərazisindən İsrailə qarşı istifadə edirdi. Hizbullahı silahlandırırdı. Maraqlıdır ki, İran Suriyada at oynadanda İsraildən səs çıxmırdı. Türkiyənin Rusiya və İranı Suriyadan kənara atması İsraildə narahatlıq yaradıb.
Niyəsi də bəllidir. İsrail hesab edir ki, Türkiyə HƏMASı Suriyada yenidən gücləndirib ona qarşı istifadə edə bilər. Təsadüfi deyil ki, Benyamin Netanyahu D.Trampa deyir ki, HƏMAS-ın müttəfiqi olan Türkiyəyə F-35 qırıcıları verməyin. Ancaq Amerika artıq sözünü deyib. Türkiyə F-35-i alacaq…
Türkiyə ilə İsrailin münasibətləri dəfələrlə soyuyub, yenidən istiləşib. İran ilə isə İsrailin münasibətləri İslam İnqilabından üzü bəri-1979-cü ildən sonra, xüsusi ilə 1991-ci ildən başlayaraq pis olub. Bu münasibətlərin yaxşılaşma ehtimalı belə yoxdur…
İranın molla rejimi İsraili dövlət kimi tanımır. Ancaq 1980-88-ci illərdə İran İraqa qarşı apardığı müharibədə məhz İsraildən aldığı silahlardan istifadə edirdi. Məsələn, 1980-1983-ci illərdə İran İsraildən 500 milyon dollar dəyərində silah alıb. O vaxt üçün 500 milyon dollar fantastik məbləğ idi…
2000-ci ilin dekabrında Ayətullah Xamenei İsraili xərçəng xəstəliyi ilə müqayisə edib. Prezident Mahmud Əhmədinejad isə 2005-ci ildə İsraili “xəritədən silməklə” hədələdi…
Ayətullah Xamenei 2015-ci ildə isə demişdi ki, sionist rejiminin ömrü 25 ildən o yana getməyəcək.
Türkiyə isə Qəzzada apardığı əməliyyatlardan dolayı İsrail ilə 2024-cü ilin 13 noyabrında bütün əlaqələri kəsib.
Bu qarşıdurmanın kökü bir qədər əvvələ gedib çıxır. Cənab Ərdoğan 2009-cu ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu konfransında İsrailin Qəzzada davranışını sərt şəkildə tənqid etdi. Toplaşan tamaşaçıların Peresi alqışlamasından sonra Ərdoğan: “İnsanların sizin dediklərinizi alqışlaması məni çox üzür. Siz insanları öldürdünüz. Məncə, bu, çox yanlışdır”. Moderator, “The Washington Post”-un köşə yazarı David Ignatius, insanların şam yeməyinə getməsi lazım olduğunu deyərək Ərdoğandan sözünü bitirməsini istədi. Cənab Ərdoğan jurnalistə xatırlatdı ki, o, 12 dəqiqə, Peres isə 25 dəqiqə danışıb.
Bu söhbət tarixə “one minute” qalmaqalı kimi düşüb, ondan sonra isə cənab Ərdoğan bir daha Davosa getmədi…
Bir önəmli məqamı da deyim: İsrail hazırda Suriyadakı PKK-çı kürdləri dəstəkləyir. Ancaq bu da faktdır ki, İsrail PKK lideri Abdullah Öcalanın 1999-cu ildə həbsində müstəsna rol oynayıb. Niyə İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə yardım edib? Çünki PKK solçu təşkilatdır və anti-sionist mövqedən çıxış edirdi. Bu isə İsrailin maraqlarına zidd idi.
Uzun müddətdir ki, separatçı kürdlər İsrail ilə sıx münasibət qurublar. Təbii ki, PKK da anti-sionist mövqedən çoxdan imtina edib…
Yeri gəlmişkən, bu gün cənab Ərdoğan DEM partiyasının rəhbərliyini qəbul edib. Verilən bəyanatlar prosesin ciddi şəkildə irəlilədiyini göstərir. Heç şübhəsiz ki, Abdullah Öcalanın terrorsuz Türkiyə düşüncəsinə dəstək verməsi, PKK və ona bağlı qrupların silahlı mübarizədən imtinası rəsmi Ankaranın əlini daha da gücləndirəcək…
ABŞ-ın Suriyadan çıxması isə vəziyyəti kəskin şəkildə Türkiyənin lehinə dəyişəcək. Ona görə də əminliklə demək olar ki, İsrail Türkiyəni hədələsə də bundan uzağa gedə bilməyəcək. İranı isə İsrail vuracaq. Bu məsələdə ABŞ da İsrailə hər tərəfli dəstək verməyə hazırdır. Nə qədər ki, yəhudilərin ən yaxın dostu sayılan D.Tramp Amerika prezidentidir İsrail İran məsələsini həll etməlidir. Əks təqdirdə, İsrail xəritədən silinmə təhlükəsi ilə üzləşə bilər…
Elbəyi Həsənli. Sürix
İsrail Türkiyəni hədələyib, İranı VURACAQ? – Yaxın Şərqdə YENİ VƏZİYYƏT
10
aprel
22:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə PKK-nın "qələm"ini qırır: Terrorçulara "siyasi çətir" açılmayacaq, hərbi yolla demontaj qaçılmazdır
Suriya BÖHRANI: İran “ŞİƏ HİLALI”nı, Çin cənub marşrutunu, Rusiya isə imperiya potensialını İTİRDİ
Türkiyə-ABŞ QARŞIDURMASI: Ərdoğan, terrorçuları dəstəkləyən Baydenə SAVAŞ AÇIR
Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında - ŞOK DETALLAR
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- Vətənə, xalqa xidmətin təntənəsi - Azərbaycan polisi 107
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...