“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Kainat.tv xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.