Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.
Kainat.tv xəbər verir ki, soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-nin onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı hadisəsinin törədilməsində şübhəli bilinən hərbi xunta nümayəndələri tutularaq Bakıya gətirilib və hazırda onların məhkəməsində Xocalı faicəsi cinayət epizodlarından biri kimi qeyd olunub. //Publika.az
Xocalı soyqırımından 33 il ötür
26
fevral
00:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- “Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR – FOTO
- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
- Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? -Video
- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
- Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
- Fermerlər Ağcabədi RİH başcısı Rafil Hüseynovun kabinetinə hücum ediblər... İDDİA
- Səs yazısı yayılan direktor müavininə xəbərdarlıq edildi
- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
- Bakı metropolitenində baş vermiş TERROR AKTI: 13 nəfərin həyatına son qoyan partlayış
- Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- Vətənə, xalqa xidmətin təntənəsi - Azərbaycan polisi 107
- Azərbaycan Polisi 107 yaşında!
- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO