Proses sərhədlərin açılması ilə nəticələnə bilərmi? Bu, tərəflərə nə vəd edir?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı, professor Elşad Məmmədov deyib ki, bununla bağlı Prezident İlham Əliyev ölkəmizin maraqlarına uyğun qərarlar qəbul edəcək:
“Atılan addımlar isə təhlükəsizliyimiz, milli maraqların qorunması çərçivəsində olacaq. Sadalanan amillər imkan verərsə, qatarın işə düşməsi prosesi reallaşacaq”.

Elşad Məmmədov
İqtisadçı bildirib ki, Bakı-Tbilisi-Bakı qatarı fəaliyyətini bərpa edərsə, işgüzar fəallıq, sosial, humanitar mübadilə də inkişaf edəcək:
“Bunun iqtisadiyyata da müsbət təsirləri mümkündür. Gürcüstanla davamlı, qarşılıqlı hörmətə, konstruktiv münasibətlərə əsaslanan, o cümlədən ticari, iqtisadi, sosial, humanitar əlaqələrimiz var. Qatarın işə düşməsi bu prosesin daha da inkişaf etdirilməsinə kömək edə bilər”.