2020-ci il oktyabrın 31-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz beşinci günü.
Kainat.tv xatırladır ki, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.
Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.
Gecə saatlarında və gün ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, beş "T-72" tankı, üç ədəd PDM, iki ədəd "Smerç" və üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, 15 ədəd müxtəlif tipli topu, bir ədəd "Osa" zenit-raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, üç ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Düşmən 6:00-dan etibarən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur.
Günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilir. Məlum olur ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərir. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılır və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayır. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün "KamAZ" markalı ikinci avtomobilə minmələri də müşahidə edilir. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilir.
Azərbaycan Ordusu ön xətdə, Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində təxribatların qarşısını uğurla alırlar. Almaniyanın ARD televiziya kanalına müsahibəsində Ali Baş Komandan "kim birinci atəş açdı" sualına belə cavab verir:
"Cavab - Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci - iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş verdi. Ermənistan diversiya qrupu göndərmişdi, onun başçısı tərəfimizdən saxlanıldı və o ifadə verdi ki, mülki şəxslərə hücum etmək üçün göndərilib. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu belə başladı".
Beləliklə, müharibənin 35-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir. //Oxu.Az
Vətən müharibəsinin 35-ci GÜNÜ: Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLİR
31
oktyabr
07:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsinin 32-Cİ GÜNÜ: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan AZAD EDİLDİ
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir
Vətən müharibəsinin 27-ci GÜNÜ: Bir neçə kəndimiz işğaldan AZAD EDİLİR
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
- Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Putin ABŞ və Qərb dövlətlərinə XƏBƏRDARLIQ ETDİ
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi TƏSİR EDİR
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal MÜHARİBƏ - Dünya üçün HƏLLEDİCİ AN
- Rusiya nüvə ssenarisini AÇIQLADI: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri QALACAQ!
- Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
- İrəvanda danışıb Bakıya gələn nazir HƏDƏF GÖSTƏRDİ – “Silah” İŞƏ DÜŞDÜ
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?