Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 31 PUA-nı zərərsizləşdiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryansk vilayətində 14, Kaluqa vilayətində 6, Belqorod və Kursk vilayətlərində 3, Ryazan və Orlov vilayətlərində 2, Tatarıstan Respublikasında isə 1 PUA məhv edilib.

Rusiyanın İjevsk hava limanın fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.

Kainat.tv xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

“İjevsk” hava limanında təyyarələrin uçuşu və qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda qeyd olunub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə biləcəksiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat