Azərbaycanda plastik cərrahiyyə sahəsində hərc-mərclik hökm sürür. Plastik cərrahlarla bağlı yaşanan son qalmaqal bu sahədə ciddi problemlərin olduğunu bir daha təsdiqləyir. İctimaiyyət arasında gedən müzakirələr onu deməyə əsas verir ki, ixtisası olmayan həkimlər bu sahədə at oynadırlar. Hətta fəaliyyəti qadağan olunan həkimlərin də işlərinə davam etmələri ilə bağlı məlumatlar var.
Bəs görəsən, mövcud problemin aradan qaldırılması üçün hansı addımların atılması mümkündür? Bu istiqamətdə Səhiyyə Nazirliyin mövqeyi nədən ibarətdir? Bununla bağlı müvafiq araşdırmalar aparılıbmı? İxtisası olmayan həkimlərin estetik cərrah kimi çalışması hüquqi cəhətdən hansı məsuliyyəti yaradır?
“Meydanda peşəkarlar qalacaq”
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndər “Kaspi”yə açıqlamasında bildirib ki, plastik cərrahiyyə Azərbaycan üçün yeni bir sahədir: “Sovet dövründə bu, ümumi cərrahiyyənin daxilində idi. Yəni, yanıqları, üzdə yaranan problemləri, anadagəlmə qüsurları və sair ümumi cərrahlar əməliyyat edirdi. Rezidentura proqramı hazırlandıqdan sonra artıq plastik cərrahiyyə yeni bir sahə kimi ayrıldı. Hazırda ixtisaslı plastik cərrahiyyə üzrə mütəxəssislər beş il müddətinə hazırlanır. Həkimlər plastik cərrah işləmək üçün mütləq rezidentura təhsili almalıdırlar. Belə deyək ki, plastik cərrahiyyə artıq konkret sahədir. Sertifikasiyadan keçməyənlər isə ümumiyyətlə, həkim adı altında fəaliyyət göstərməməlidir. Bu sahədə qeyri-qanuni işlərlə məşğul olanlarla aidiyyəti qurumlar ciddi şəkildə mübarizə aparmalıdırlar”.
Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanda plastik cərrahiyyə keçid dövrünü yaşayır: “Bu proses qonşu Türkiyədə də belə gedib. Dünyanın bir çox ölkələrində plastik cərrahiyyə ilə kosmetologiyanı qarışdırıblar. Məsələn, bəzi tibbi təhsili olmayan insanlar kosmetoloji prosedurlar həyata keçirirlər. Buna ”padvalaltı kosmetologiya” deyilir. Bir çox ölkələrdə, o cümlədən bizdə də mövcuddur. İndi bu istiqamətdə silkələnmə baş verdi, artıq hər şey yerinə oturmalıdır. Keçid dövrü başa çatandan və ələnmə prosesi yekunlaşandan sonra meydanda peşəkarlar qalacaq”.
Ucuz reklamın qurbanına çevrilənlər
Mütəxəssis hesab edir ki, sosial şəbəkələrdə də müəyyən qadağaların tətbiq olunması vacibdir: “Pasiyentlər bu sahədə həkim seçərkən diqqətli olmalı, ucuz reklamlara aldanmamalıdırlar. Pasiyentlər həkimə müraciət edərkən onun diplomunu tələb etməli, plastik cərrah olub-olmadığını araşdırmalıdırlar. Bundan başqa, sertifikasiyadan keçib-keçmədiyini öyrənməlidirlər. Son vaxtlar plastik cərrahiyyələrlə bağlı şikayətlərin artmasının əsas səbəblərindən biri məhz bu sahədə qeyri-peşəkar insanların qanunsuz fəaliyyət göstərməsidir. Pasiyentlər onları haradan tapırlar? Təbii ki, sosial şəbəkələrdən. Bu gün sosial şəbəkələr naşı plastik cərrahların reklamları ilə “göz oxşayır”. Onlar səhifələrində hətta özlərinə məxsus olmayan əl işlərini paylaşmaqdan da çəkinmirlər. Nəticədə insanlar ucuz reklamın qurbanı olurlar".
10 ayda 15 qayda pozuntusu
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: “Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. 2024-cü ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.
Həkimdən sertifikatı tələb edin
Mərkəzdən o da vurğulanıb ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər: “Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama barədə qərar qəbul edilir. İttihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir”.
10 mindən 30 min manatadək cərimə
Hüquqşünas Ruslan Vəliyev deyib ki, ölkəmizdə tibbi fəaliyyət lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir: “Məlumdur ki, həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidirlər. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər iki min manatdan üç min manata, vəzifəli şəxslər beş min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1000 manata, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar”. //"Kaspi" qəzeti
Plastik cərrahiyyədə ANARXİYA DÖVRÜ - Və ya ucuz reklamın qurbanına ÇEVRİLƏNLƏR
18
yanvar
11:06

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Səhiyyə nazirliyindəki əməliyyatda ƏSAS HƏDƏF: İlqar Qasımov HƏBS OLUNUR – FOTO
Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI