Azərbaycanda hərbi xidmətə çağırış yaşının endirilməsi haqda qərar qəbul edildiyi və bu sahədə bir sıra islahatların həyata keçirildiyi zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi "ayı xidməti" yerinə yetirməkdədir. Bu xidmət ondan ibarətdir ki, Suraxanı hərbi komissarlığı "qəbiristanlıq qanunları" ilə idarə olunur. Görünür ki, Xidmət rəisi Mürsəl İbrahimov bu idarədə baş verənlərdən ya bixəbərdir, ya da göz yummaq niyyətindədir. Çünki indi təfsilatını açıqlayacağımız məsələ barədə hələ ötən ilin sonunda Xidmətin rəsmi elektron poçtuna müraciət ünvanlanıb, cənab Mürsəl İbrahimova problem haqda ətraflı məlumat verilib və həlli xahiş olunub. Lakin hələ də səs-səmir yoxdur, elektron məktubla edilən müraciətə reaksiya verilməyib. Ona görə də Suraxanı hərbi komissarlığında nə baş verdiyini publik şəkildə açıqlamağa ehtiyac var.
Belə ki, ötən il Anaxeber.info-nun baş redaktoru Talıbov Azər Məmməd oğlu övladı ilə bağlı cənab Mürsəl İbrahimova müraciət edib. Bildirir ki, oğlu Talıbov Turan 2003 təvəllüddür, Suraxanı rayon hərbi komissarlığı onu əsgərliyə getməyə çağırıb. Onun sözlərinə görə, oğlu Turan Talıbova "14 B" diaqnozu qoyulub və hərbi xidmətə yararlı deyil. Ancaq sən saydığını say, Suraxanı hərbi komissarlığı gör nə sayır. Hər şey elə bundan sonra başlayır və biabırçılıqlar, absurd məsələlər, "ölü qaydaları" ilə işləmək üzə çıxır ki, heç yerdə bu hal görünməyib.
Belə ki, çağırış əsasında Turan Talıbov yerli komissiyadan keçib və Sabunçu rayon xəstəxanasında müayinə olunub. Sonra sənədlər Suraxanı səfərbərlik xidmətinə təqdim olunub. Amma tragikomik tərəfi budur ki, həmin nəticələr qəbul edilməyib və təkrar müayinə tələb olunub. Deyilib ki, Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul deyil. Bu qədər banal, absurd, gülünc bir rəy. Bildirilib ki, Turan Talıbov təkrar müayinə olunmalıdır. Atası Azər Talıbov sual edir ki, idarənin vəzifəli şəxsinin vəfat etməsinin müayinənin nəticələrinə nə aidiyyatı və yaxud təsiri var? Belə çıxır ki, idarənin hər dəfə yası düşəndə, yaxud komissarlığın nümayəndəsi dünyasını dəyişəndə, komissiyanın rəyi legitim olmayacaq, təkrar müayinə tələb olunacaq. Göründüyü kimi, açıq-aşkar öz xidmət idarəsinə inamsızlıq, etimadsızlıq, vəfat etmiş hərbi komissarlıq işçisinə güvənsizlik var. Ümumiyyətlə, müayinənin nəticələrinə şübhə edilməsi göstərir ki, bütövlükdə Suraxanı hərbi komissarlığı yerində deyil.
Şikayətçi olan Azər Talıbovun sözlərinə görə, bütün bunlardan sonra oğlu Turan Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar. Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də sənədə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım", - deyə Azər Talıbov bildirir. O, əlavə edir ki, oğlunun ürəyində də problem var: "Suraxanı hərbi komissarlığı mənə deyir ki, onda ürəkdə problemi göstərək və hərbi xidmətə getsin. Yəni bu dərəcədə səhlənkarlıq, laqeydlik var. Bu, tamamilə özbaşınalıqdır. Suraxanı hərbi komissarlığı göz görə-görə psixiatr tərəfindən baxılan, ürəyində də problem olan adamı əsgərliyə göndərmək istəyir. Budur şəffaflıq? Budur islahatlar? Nəyə görə müayinənin nəticələri qəbul edilməməlidir? O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri hazırdır, təkrar müayinə tələbi qanunsuzdur".
Vətəndaş oğlu Turan Talıbovla bağlı Xidmət rəisi Mürsəl İbrahimova bir daha üz tutub: "Cənab İbrahimov, təkrar etmək məcburiyyətindəyəm ki, oğlum Turan Talıbova “14 B” diaqnozu qoyulub. Bu diaqnoz qoyulan şəxslər hərbi xidmətə birmənalı olaraq yararsız sayılır. Ona görə də ürək problemi adı ilə oğlumu əsgərliyə göndərmək istəyirlər. Ancaq mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün. İdarə işçisi Namiq Orucov dünyasını dəyişib deyə yenidən komissiyadan keçmək tələbi düzgün deyil. Ona görə də müraciətimə müsbət cavab veriləcəyini gözləyirəm".
Suraxanı hərbi komissarlığında özbaşınalıqlar AÇIQLANDI: Adam ÖLÜB deyə...
15
yanvar
15:59

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Əsgərlik müddəti və çağırış yaşı ilə bağlı ÖNƏMLİ XƏBƏR - 1 ilə...
Azərbaycanda hərbi çağırış yaşı AZALDILIR: Yeni dəyişiklik TƏKLİF OLUNUB
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI