Yanvarın 11-də Fransanın paytaxtı Parisdə bu ölkədə yaşayan kürd əsilli minlərlə şəxsin, həmçinin bir sıra xalqların nümayəndələrinin iştirakı ilə Türkiyə əleyhinə aksiyalar keçirilib. 

Kainat.tv xəbər verir ki, aksiyaçıları Ankaranı ittiham edib, Fransanı “kürdlərin haqlarını” qorumağa çağırıb.

Bəzi məlumatlara görə, aksiyanın arxasında birbaşa fransız hökuməti dayanır. Bu yolla son zamanlar Türkiyədə xarici qüvvələr vasitəsilə gərginləşdirilən müxtəlif etnik qruplarla bağlı məsələnin gündəmdə saxlanılmasının hədəfləndiyi iddia olunur.

Sözügedən məsələ Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb və ciddi tənqid edilib. Paris rəhbərliyinin gizli dəstəyi ilə keçirilən yürüşlərin Türkiyədə vətəndaşlar arasında gərginliyin daha da artmasına hesablandığı vurğulanıb və təxribat kimi dəyərləndirilib.

Sosial şəbəkələrin Türkiyə seqmentində aksiyadan yayılan görüntülər müzakirələrə səbəb olub. Bir çox vətəndaşlar buna cavab olaraq Fransanın fərqli millətlərin daha çox yerləşdiyi müxtəlif bölgələri üzrə xəritəsini yayıb. Xəritədə bir-birindən fərqli xalqların daha çox məskunlaşdığı bölgələrdə onların ölkələrinin bayraqları işarələnib. Vətəndaşlar, “Paris, xalqların azadlığı və ölkə qurmasını dəstəkləyirsə, Fransa vətəndaşlarının da müstəqilliyini qəbul etməlidir”, “Fransız xalqının daha azad şəkildə yaşaması üçün ölkənin bölünməsini dəstəkləyirik” başlıqlı paylaşımlar ediblər. Xəritələr sosial şəbəkələrdə sürətlə yayılıb və yüzlərlə şəxs paylaşımlara dəstək verib.

Xəritədə əsasən ermənilər, yunanlar və kürdlərin çox yaşadığı bölgələr qeyd olunub. Maraqlıdır ki, on illərdir Türkiyə əleyhinə şüarlar səsləndirən, bu ölkənin bölünməsi və PKK terror qruplaşmasını dəstəkləyən kürd əsilli vətəndaşların əksəriyyətinin qaçaraq Fransaya sığındığı bildirilir. Məlumata görə, dünya üzərində Almaniyadan sonra ikinci ən böyük kürd diasporu Fransada yerləşir. Bu ölkə həmçinin ermənilərin də ən çox məskunlaşdığı və nəhəng, güclü diaspor şəbəkəsinin yerləşdiyi əsas yerlərdən biridir.

Makron hökumətinin Ermənistana silah göndərməsi və onları açıq şəkildə dəstəklədiyini bildirərək Azərbaycana qarşı çağırışları fonunda, Parisdə keçirilən anti-Türkiyə mövzulu aksiya xüsusi diqqət çəkib. //Globalinfo.az

GhFlYbxWMAAj8OD

GhH1Q oXUAE9Plg