Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri qəbul edib.
Kainat.tv xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.
Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.
Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.
Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. //Publika.az
Hərbi xidmətlə bağlı qanun TƏSDİQLƏNDİ - Yaş həddi ENDİRİLDİ
27
dekabr
10:17

Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- Anar Quliyevin NƏZƏRİNƏ: Masazırda sənədsiz evləri “KH İnşaat“ adlı ŞİRKƏT TİKİR
- Lombard Dilarə Bağırovadan şikayət: Girov qoyulan 34 avtomobilə həbs qoyuldu
- “Ks Baku” Mağazasında Uşaq Əməyi və Vergi Qaçağı: Nazirlik Tədbir Görməlidir
- Baş redaktordan Alqış Musayevə “SƏRT SİLLƏ” :“...yazdığı məğlubiyyətinin etirafıdır”
- “Öyün yıxılsın, denən öldürməmişəm” – Dəhşətli qətlin üstünü açan SƏS YAZISI, FOTOLAR
- Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
- Prezident İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verib
- Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü - Yenilənib
- KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır
- Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK
- Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO
- Oğuzda EKOLOJİ TERROR: Xalxal meşələri MƏHV EDİLİR, nazirlik SUSUR - VİDEO
- Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb
- SON DƏQİQƏ! Abşeron Gənclər Şəhərciyində yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var - VİDEO
- Deputat Cavanşir Feyziyev əhalini BELƏ SOYUR - İqtisadçıdan İTTİHAM
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...