Kainat.tv xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.
“Polşa növbəti mərhələdə Avropa İttifaqı Şurasına sədrliyi təhvil alacağına görə belə bir addım atır. Amma bütövlükdə bu kimi səfərlərin nəyisə dəyişəcəyini söyləmək çətindir”, - deyə o əlavə edib.

Partiya sədri bildirib ki, Polşa ilə Azərbaycan arasında normal münasibətlər var:
“Çox güman ki, bu ölkədə Azərbaycanın maraqlarına qarşı çıxış etmək və yaxud da onu pozmaq niyyəti yoxdur. Buna baxmayaraq, Aİ-nin missiyası fonunda bu kimi səfərlər Azərbaycan tərəfi üçün maraqlıdır”.
Fazil Mustafaya görə, ekstremal vəziyyətdə Azərbaycana qarşı hansısa addımların atılması ehtimalı yoxdur:
“Aİ-nin missiyası elə bir səlahiyyətə malik deyil. Azərbaycana qarşı hansısa addımların atılması asan görünmür. Sadəcə, olaraq proseslərə həssas yanaşmaq lazımdır. Əgər ehtiyac yaranarsa, rəsmi Bakı düşünülmü