44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 Noyabr bəyanatı əsasında Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana geri qaytarıldı. Bu qələbə Müzəffər Ali Baş Komandanımız və Azərbaycan xalqının birlik və iradəsinin simvoludur. Kəlbəcər zəfəri yalnız hərbi-siyasi uğur deyil, həm də milli kimliyin, mədəniyyətin və torpaq sevgisinin ifadəsidir.
İndi müasir və qüdrətli Azərbaycanın iqtisadi-siyasi gücünün təcəssümü olaraq Kəlbəcər şəhəri yenidən qurulur və böyük qayıdışa hazırlanır.
Doğma Kəlbəcər, Günün mübarək!