Azərbaycanda uşaqların bir-birinə qarşı ölümcül zorakılığa əl atması artıq təsadüfi hadisə deyil, təhlükəli bir tendensiyadır. 10-cu sinif şagirdinin müəllimə güllə atması isə son damla oldu. Bir-birinin ardınca baş verən dəhşətli insidentlər cəmiyyəti narahat edir və ciddi suallar doğurur: təhsil sistemi zorakılığın qarşısını almaq üçün yetərli müdaxilə mexanizmlərinə sahibdirmi?
Kainat.tv bildirir ki, bu hadisələr təkcə konkret uşaqların problemləri deyil, cəmiyyətimizin və təhsil sistemimizin struktur boşluqlarını da üzə çıxarır.
Dosent İlham Əhmədova görə, müəllimə qarşı atılan güllə təkcə həmin müəllimə deyil, bütün Azərbaycan təhsilinə atılan güllədir:
“Müəllimlərimiz uzun illər təhsilə və məktəbə aidiyyəti olmayan təsadüfi menecerlər tərəfindən topa tutulublar, nüfuzdan salınıblar. Belə şəraitdə müəllimlərə qarşı zorakılıq gözlənilən idi. Bu güllə atəşi gecikmiş nəticədir. Allah müəllimləri və təhsilimizi daha betər şagirdlərdən və naşı menecerlərdən qorusun. Bu müəllimə qarşı son hücum və atılan son güllə olsun”.
Ekspert Amira Adilova Musavat.com-a deyib ki, məktəblərdə baş verən zorakılıq təkcə uşaqların problemi deyil:“12 yaşlı uşaq 7 yaşlıya bıçaqla vurur, 10-cu sinif şagirdi müəllimini silahla yaralayır. Burada ailə institutunun zəifləməsi, məktəbin tərbiyəvi rolunun get-gedə arxa plana keçməsi açıq görünür. Məktəb psixoloqları formal olaraq mövcuddur, amma real müdaxilə mexanizmi işləmir. Ailələrdə tərbiyə boşluğu böyüyür, nəzarət zəifləyir. Məsuliyyət təkcə məktəbin üzərində qala bilməz. Dövlət bu məsələləri diqqətdə saxlamalı, uşaqlar qorunmalı və ailə ilə məktəb arasında qırılmış əlaqə bərpa olunmalıdır. Əks halda bu cür hadisələr istisna deyil, adi hala çevriləcək. Dünya təcrübəsi göstərir ki, erkən müdaxilə həyati əhəmiyyət daşıyır. Finlandiya və İsveçdə məktəblərdə uşaqların psixoloji vəziyyəti real nəzarətdə saxlanılır, valideynlərlə davamlı əlaqə qurulur və problem vaxtında həll olunur”.
Tarix müəllimi Orxan Kərimov da bizimlə söhbətdə bildirib ki, baş verən son hadisə illərlə görməzlikdən gələn problemlərin yığılması nəticəsində meydana çıxıb: “Uşaqlara məktəbdə özünü ‘ağa’ kimi aparmaq cəsarətini verən cəmiyyətin yaltaqlıq mədəniyyəti və bəzi məmur valideynlərin düşüncəsidir. Təhsil Nazirliyi müəllimlərin hüquqlarını qorumaqda aciz qalır. Regionlarda təhsil idarələri lazımi rolu oynaya bilmir. Valideynlər isə uşaqlarının tərbiyəsizliyi və cinayətlərinə görə məsuliyyətsiz qalır. Çox az valideyn şikayətə qulaq asır, əksəriyyəti isə ‘böyüyəndə düzələr’ deyib keçirlər. Nəticədə bu uşaqlar 18 yaşına çatana qədər həmyaşıdını, həm də müəllimi zərər verəcək qədər təhlükəli ola bilirlər”.
Orxan Kərimov Musavat.com-a açıqlamasında üç əsas problemi qeyd edib: “Uşaqlara ailə və cəmiyyət tərəfindən verilən yanlış cəsarət və imtiyaz; Təhsil idarələrinin və Nazirliyin müəllim hüquqlarını qorumaqda acizliyi; Valideynlərin uşaqların davranışına görə məsuliyyətsiz qalması”.
Afaq Mirayiq
Güllə bir MÜƏLLİMƏ, mesaj bütün TƏHSİLƏ: ölkə məktəblərində zorakılıq halları KRİTİK HƏDDƏ
10
fevral
07:22
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
Uşaq evlərində nöqsanlar AŞKARLANIB, cəzalandırılanlar var, amma...
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!
"Daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin dəhşətli etirafları (FOTOLAR)
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ