insanlar buğda unundan hazırlanan "ağ çörəyi" yox, çovdar unundan hazırlanan "qara çörəyi" yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var.
Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır.
Kainat.tv xəbər verir ki, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu iddiları təsdiqləyib və bildirib ki, çovdar çörəyi satılan çörəklərin heç də hamısı çovdar unundan deyil.
"Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu, belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır".
Bəs alıcılar bunu necə ayırmalıdır?
"Çovdar unundan hazırlanan çörək alanda etibarlı, mənşəyi bəlli olan istehsalçının çörəyini almaq lazımdır. Üzərində mütləq "100 % çovdar unundan" yazılması mütləqdir. Əgər üzərində "çovdar unundan hazırlanıb", ancaq tərkibində isə buğda, rəngləndiricilərin adı yazılıbsa, bu, təmiz çovdar çörəyi deyil",- deyə Məhsəti Hüseynova bildirib..
Ekspert deyir ki, çovdar çörəyinin çəkisi daha ağır olur:
"Çovdar unundan hazırlanan çörəklərin rəngi daha çox qəhvəyi, tünd qəhvəyi olur. Bəzən fərqli tonda ola bilər. Bu, unun üyüdülməsi, bişmə şəklindəndir. Çovdar çörəyinin ölçüsü kiçik olsa da, daha ağır olur. Çünki tərkibində nəmlilik dərəcəsi yüksək olur və buğda çörəyindəki kimi məsamələr, boş hissələr olmur. Həmçinin, elastiklik olmadığına görə kəsilməyə daha meylli olur, daha çətin çeynənir. Bunlar çovdar unundan hazırlanan çörəyin əlamətləridir. Dadı isə turşdur, torpaq dadını xatırladır. Çovdarın özünəməxsus qoxusu var. Qiyməti də digər çörəklərdən fərqlidir.
Satışda olan çörəkləri alarkən mütləq onun etiket məlumatlarına diqqətlə baxmaq lazımdır". //Publika.az
Marketlərdə “qara çörək” TƏLƏSİ: Çovdar unu əvəzinə görün nədən istifadə olunur
08
dekabr
06:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rusiya ilə bağı VACİB QƏRAR: Bakı bu üç ölkəni SEÇDİ
“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” – “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”
Kilosu 26 manat olmalıdır, amma 15 manata satılır – Təhlükə siqnalı!
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ