Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qurumun bayrağının qəbul olunması böyük maraqla qarşılanıb.
Kainat.tv Türk Dövlətləri Təşkilatının yeni bayrağında təsvir edilən simvollarla bağlı maraqlı məlumatları təqdim edir:
Mavi rəng
Bir çox xalqlarda göy (mavi) rəng əbədiyyət, sadiqlik rəmzi sayılır. Türk xalqlarında, o cümlədən Azərbaycan türklərində göy (mavi) rəng başqa mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu kimi qəbul edilir. Bu, bilavasitə göy rəngin öz adını Tanrı məkanı göydən alması ilə bağlıdır.
Əski türk mifoloji təsəvvüründə göy rəng Tanrı rəngi sayılır. Türklər göyə həm də Göytanrı deyirlər. “Oğuz xaqan” dastanında bildirilir ki, Oğuz xanın ordusunun önündə “göy tüklü, göy yeləkli qurd” gedir. Oğuzun iki xanımından biri Göydən Günəşin şüası ilə yerə enib. Bu xanımın da gözləri “göydən göy” rəngdədir. Yəni Tanrı Oğuza göndərdiyi bu qızın da gözlərinə öz rəngindən hopdurub.
Səkkizguşəli ulduz (Səlcuq ulduzu)
Səkkizguşəli ulduz türk və islam coğrafiyasında “Səlcuq ulduzu” kimi qəbul edilir. Qaraxanlılar dövründə də istifadə edilən bu ulduz daha çox Səlcuqlu Dövləti tərəfindən istifadə edilib və eyni mərkəz ətrafında bərabər məsafədə iki kvadrat yerləşdirməklə əldə edilir.
Səlcuq ulduzu
Səkkizguşəli Səlcuq ulduzu qızıl nisbət kimi tanınan riyazi prinsipə əsaslanır və Səlcuq Dövlətinin riyaziyyat, həndəsə və simmetriyaya verdiyi əhəmiyyəti əks etdirir. Bundan başqa Səlcuq ulduzu türklərin tarixi, mədəni və bədii irsinin bir parçasıdır və öz keçmişlərinə bağlılığını ifadə etmək üçün istifadə olunur.
Səlcuq ulduzu hər şeydən əvvəl qüdrət və elmə verilən dəyər rəmzidir. Araşdırmalara görə, islamdan əvvəlki mədəniyyətlərdə səkkizguşəli ulduzlar və buna bənzər həndəsi naxışlar görünsə də, islamdan sonrakı dövlət rəmzləri və memarlıqlarında daha çox görülməyə başlayıb. Oxşar həndəsi motivlərin mənaları, ümumiyyətlə, islam inanc və fəlsəfəsinə uyğun şərh olunur. İslam inancında cənnətin səkkiz qapısı olduğu deyilir. Səkkizguşəli Səlcuq ulduzu həm də cənnət qapılarına işarə edir.
Səlcuq ulduzunun səkkiz küncünün hər birinin fərqli məna daşıdığı da deyilir. Buna görə də Səlcuq motivinin küncləri mərhəmət, şəfqət, səbir, dürüstlük, gizlilik, sədaqət, səxavət və minnətdarlığı ifadə edir.
40 şüalı Günəş
Günəş simvolu Hun, Qaraxanlı, Göytürk, Uyğur, Məmlük, Səlcuqlar, Ağqoyunlu, Elxanilər, Teymurilər tərəfindən istifadə edilib. Naxçıvan və İrəvan xanlıqlarının bayraqlarında da Günəş simvoluna rast gəlmək olar.
İrəvan xanlığının bayrağı
Hazırda sözügedən simvolun iki fərqli variantı Qazaxıstan və Qırğızıstan bayraqlarında var. Belə ki, Qazaxıstan bayrağının ortasında bir qızılı qartal, üzərində 32 şüalı günəş təsviri var. Bu iki simvol qazax xalqının müstəqilliyi və yüksək ideallarını təmsil edir.
Qırğız bayrağında isə 40 şüalı günəş təsviri var. Günəşin 40 şüası 40 qırğız tayfasını təmsil edir.
Aypara və səkkizguşəli ulduz
Ayparanın tarixi izahı barədə də bir çox versiya mövcuddur. Aypara və ulduzun türk xalqlarının dini-fəlsəfi dünyagörüşündə mühüm yeri var. Qədim türk dövlətlərinə məxsus sikkələrin üzərində ayparaya rast gəlinir. 1890-cı ildə Göytürklər, Uyğurlar və Türkeşlərə məxsus sikkələri araşdıran Edmond Drouin bunları “Turan sikkələri” adlandırmışdı.
TDT-nin əvvəlki və yeni bayrağı
Türk tarixində bir sıra dövlətlər – Göytürklər, Qəznəvilər, Səlcuqlar, Osmanlılar ay və ulduz nişanlarından istifadə ediblər. Bu sıraya Səfəviləri də aid etmək olar. Ay-ulduzlu bayraq bir sıra türk-islam dövlətlərində olduğu kimi, Səfəvilərdə də əsas atribut kimi qəbul edilib və ideoloji istinad amili rolunu oynayıb.
Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan və nəticə etibarilə türkçülüyü, müasirliyi və islam dininə mənsubluğu ifadə edən Azərbaycan Xalq Cümhuriyyəti bayrağında ay və ulduzun yer alması həm də minillərdən gələn ənənənin davamıdır. Bu ay-ulduz Türk Dövlətləri Təşkilatının bayrağına həkk olunaraq yeni bir məna qazanır. //Globalinfo.az
Böyük Turanın yeni bayrağı QƏBUL EDİLDİi: ilginc mənaları – FOTOLAR
08
noyabr
15:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Türkiyədən ABŞ-a "Suriya" TƏKLİFİ: Ankara görün hansı şərtləri İRƏLİ SÜRDÜ
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
- Putinin məşhur suala QORXUNC CAVABI – “Ukraynaya nüvə silahı verilsə…”
- Xəzərdən dağıdıcı ZƏRBƏ: Bölgə qitələrarası raketlə VURULDU
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Zəngəzur dəhlizi 4 ilə TAM AÇILACAQ
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?