İyunun 11-nə keçən gecə baş verən qarşılıqlı hərbi zərbələrə baxmayaraq, ABŞ və İran nizamlanma üzrə danışıqları davam etdirirlər.


Kainat.tv Musavat.com-a istinadən bildirir ki, bu barədə CNN telekanalına vəziyyətlə tanış olan diplomatik mənbə məlumat verib.


Mənbənin sözlərinə görə, gərginliyin artması tərəflərin "diplomatik səylərini" sarsıtmaq təhlükəsi yaradırdı.


Ötən gecə ABŞ İrana qarşı raket hücumlarını yenidən bərpa edib.


Prezident Donald Trampın bildirdiyinə görə, respublika ərazisinə 59 "Tomahawk" raketi buraxılıb. Cavab olaraq Tehran Hörmüz boğazının bağlandığını elan etsə də, Vaşinqton bu faktı təkzib edir.


Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iddiasına görə, İran silahlı qüvvələri ABŞ-nin Yaxın Şərqdəki 18 obyektinə zərbələr endirib.


Sonradan İran ABŞ-ni Oman sahillərində tankere zərbə endirməkdə də ittiham edib.