“Ermənistan cəmiyyəti növbəti referendumla ölkəmizə qarşı iddialara son qoymalıdır”.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə millət vəkili Qaya Məmmədov bildirib.
WhatsApp Image 2026-06-11 at 11.38.35.jpeg (713 KB)O qeyd edib ki, Azərbaycan hökuməti praktik müstəvidə sülhə hazır olduğunu göstərib:

“Ermənistan cəmiyyəti vaxtilə indiki konstitusiyanı qəbul etməklə Azərbaycana qarşı ərazi iddiasını rəsmiləşdirib. Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasının zəruriliyi dəfələrlə qeyd olunub. Buna görə də Ermənistan referendum keçirərək bu iddiaları aradan qaldırmalıdır. Onu da vurğulayaq ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini göstərmək üçün Ermənistana müəyyən məhsullar göndərir”.