Bakı şəhərində və ətraf qəsəbələrə gedən yollarda tıxac, sıxlıq hər keçən gün daha da artır. İnsanlar evdən işə, işdən evə gedərkən çətinliklə üzləşir. Saatlarla yollarda qalırlar. Bu ciddi sosial gərginliyə, ictimai etiraza səbəb olur.
Artıq Bakı yaşamaq üçün olduqca mürəkkəb, çətin bir şəhərə çevrilməkdədir. Tıxacların yaratdığı stress pik həddə çatıb.
Ətraflı videoda:
Adətən belə vəziyyətlərdə alternativ vasitələrdən istifadə olunur. Qar çovğununda, güclü küləkdə, intensiv yağışlarda, yollarda tıxac yarandıqda əksəriyyət metroya üstünlük verir. Son illər metro da gedilməz olub. Pik saatlarda insan seli metro stansiyalarında o həddə çatır ki, addım atmaq müşkülə çevrilir. Bəzən 5-6 qatar buraxmalı olursan ki, növbəti qatara minə biləsən. Hər gün sosial şəbəkələrdə, saytlarda metrodakı sıxlığı əks etdirən fotolar, videolar paylaşılır.
Baş nazir Əli Əsədovun yanında vaxtaşırı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilir. Vəziyyətdən çıxmaq üçün müzakirələr aparılır, təkliflər, tapşırıqlar verilir. Amma heç bir faydası olmur. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.
Mütəxəssislər deyirlər ki, bu acınacaqlı halın yaranması illər öncə əsası qoyulmuş plansızlıqdan doğub. Bakıda, ətraf kənd və qəsəbələrdə, yol kənarlarında aparılan xaotik tikintilər bu vəziyyətin ortaya çıxmasında ciddi rol oynayıb. Bakının əksər küçə və prospektlərində “butulka effekti” var. Yəni başdan geniş, bir neçə zolaqlı yol, şəhərə çatanda daralır, 2 xətliyə çevrilir, nəticədə dəhşətli tıxac yaranır.
İctimai nəqliyyatın təşkilində də çatışmazlıqlar bu məsələyə öz “töhfəsini” verir. Bakıda avtobus zolaqları yaradılsa da, bu da prosesə ciddi dəstək olmur. Bakı kimi meqapolisdə tramvay nəqliyyatının olmaması də yükü artırır, gərginliyi çoxaldır. Əksər paytaxt və qeyri-paytaxt şəhərlərində tramvay nəqliyyatın idarə edilməsində, tıxacların yaranmamasında ciddi rola malikdir. Bakıda ötən əsrin əvvəlində tramvay xətləri olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləyən dövrdə tramvay xətləri kəsildi, relslər, mis naqillər dəyər-dəyməz qiymətə satıldı. Bu addım Bakını xaosa və tıxaclara təslim etdi.
Son 1 ildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının yollarının iflic duruma düşməsinə səbəb olan addımlar atır. Harada gəldi ödənişli parklama yeri təşkil etmək, onsuz da yaxşı olmayan yollarda böyük tıxaclara gətirib çıxardı. Bakı küçələrində yaradılan velosiped yolları, avtobus zolaqları, digər məhdudlaşdırıcı tədbirlər vəziyyəti daha da pisləşdirib. AYNA ona həvalə edilən işi demək olar yarıtmayıb. Bu təşkilat üzərinə düşən vəzifəni tam tərsinə görür. Yol bağlamaq, tıxac yaratmaq, sosial gərginliyi artırmaq – ən yaxşı gördüyü işlər bunlardır.
Deyilənlərə görə, COP29-dan sonra bu sahədə ciddi dəyişikliklər baş verəcək. AYNA-nın yaratdığı xaotik vəziyyətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görüləcəyi haqda informasiyalar var. Bu qurumun fəaliyyəti ilə bağlı bəzi korrektələrin aparılacağı bildirilir. Ən yüksək səviyyədə Bakıdakı tıxaclara müdaxilə olacağı gözləntisi var. Artıq bu məsələ dövlətin, ölkənin təhlükəsizlik məsələsinə çevrilib.
İnanırıq ki, bütün bunlar baş verəcək və nisbətən də olsa tıxac gərginliyi azalacaq.
Bakıda yerüstü və yeraltı GƏRGİNLİK: noyabrdan sonra görün nələr olacaq – VİDEO
05
noyabr
18:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda böyük TƏHLÜKƏ... - Xəbərdarlıq edildi
Beşiyində boğulan demokratiya və siyasi təqiblər - Qərbin real gündəliyi
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Azərbaycan üçün TƏHLÜKƏ! - Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır
Bakıda yeni MARŞRUT ŞƏBƏKƏSİ yaradılır: Avtobusların sayı 2500-ə ÇATDIRILACAQ
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Ermənistan bu məsələdə də Rusiyaya “ATIB” – Moskva cavab GÖZLƏYİR, İrəvan SUSUR
- Yunanıstan "S-300"lərini Ermənistana VERİR - Zaxarovadan TƏCİLİ AÇIQLAMA
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- Rusiya kəşfiyyatı ABŞ-ın çevriliş planını İFŞA ETDİ: Ağ Ev Paşinyanı “TOPAL ÖRDƏK” vəziyyətinə SALACAQ
- "Bondotel"dən xüsusi ƏMƏLİYYAT: 4 sayt rəhbəri HƏBS EDİLDİ
- İcra başçısının qanunsuz işləyən daş karxanalarını Ekologiya nazirliyi "VURDU" - "Günay" MMC-yə yazılan 1 milyonluq cərimənin DETALLARI
- Ərdoğan HƏDƏLƏDİ: Hərbi əməliyyatlara BAŞLAYA BİLƏRİK
- Xəzər dənizi ilə bağlı 30 İLLİK PLAN aktivləşdi: Zəngəzur DETALI
- Böyük müharibədə TƏHLÜKƏLİ TAKTİKA: İtkilər var, onu GÖZLƏYİRLƏR
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB