Ötən gün bakıda saxlanılan Rupt agentliyinin “jurnalist”inin adı məlum olub.

SAVASHMEDİA.az xəbər verir ki, o, həm Azərbaycan, həm də Rusiya vətəndaşı olan Aytəkin Hüseynovadır.

Rusiya mediası iddia edir ki, Aytəkin redaksiya heyətinin tapşırığı ilə “Sputnik” redaksiyasından olan həmkarlarının saxlandığı yerə gedib və baş verənləri mobil telefonu ilə lentə alıb.

Rusiya mətbuatı yazır ki, anası Aytəkin Hüseynovanın polisdə olduğunu təsdiqləyib.

Ruptly — video xəbər agentliyidir və əsasən qlobal səviyyədə videoreportajlar, canlı yayım xidmətləri və xəbər materialları təqdim edir. Bu agentlik 2013-cü ildə Almaniyanın Berlin şəhərində yaradılıb və RT (Russia Today) telekanalının törəmə şirkəti sayılır.


Kainat.tv