Ukrayna NATO xarici işlər nazirlərinin bu il keçirilən son iki günlük toplantısından alyansa tezliklə qoşulmaq üçün istifadə etməyə çalışıb.
Avropa mediası yazır ki, Kiyevdə insanlar tələsir, Donald Trampın 2025-ci il yanvarın 20-də ABŞ prezidenti postunda fəaliyyətə başlamasına qədər bu ölkənin NATO üzvlüyünə qəbul edilməsini istəyirlər.
Çünki Trampın sağı-solu bəlli deyil, xüsusilə də xarici siyasət kursunda hərdəmxəyal və avantürist təşəbbüsləri ilə tanınır, onun Ukraynanı bir impulsiv qərarla bada verəcəyi istisna olunmur.
Ancaq Ukrayna diplomatiyasının bu cəhdi, gözlənildiyi kimi, uğursuz alınıb. NATO ABŞ-də hakimiyyət dəyişikliyinə qədər Ukrayna və Rusiyaya qarşı kursunu əsaslı şəkildə dəyişmək istəmir. Bu alyansın strateqləri, həmişə olduğu kimi, yenə də okeanın o tayındakı hegemon dövlətin liderinin ağzına baxacaqlar.
Bildirilir ki, Şimali Atlantika blokunun Brüsseldəki mənzil-qərargahında baş tutan görüşdə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da iştirak edib. Dünən onun idarəsi çox sərt açıqlama verib. Formal olaraq bu, 5 dekabr 1994-cü il tarixli Budapeşt memorandumunun imzalanmasının 30-cu ildönümünə təsadüf edir. Xatırladaq ki, bu sənədə uyğun olaraq, Ukrayna beynəlxalq təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina edib.
Yəni NATO üzvlərinin Ukrayna qarşısında öhdəliyi, borcu var. Ukrayna nüvə silahından imtina etməsəydi, bu gün heç bir dövlət onun üstünə xoruzlana bilməzdi. Kiyev Qərbin dilətutmaları nəticəsində nüvə başlıqlı raketlərini Rusiyaya təhvil verərək, özünü müdafiəsiz qoyub. İndi qüdrətli Qərb dövlətləri vədlərini yerinə yetirərək, bu dövləti Rusiyanın aqressiyasından qorumağa borcludurlar.
Ukrayna XİN-in 5 dekabr memorandumunu xatırlatması əslində nazirlərin Belçikanın paytaxtındakı görüşü üçün mesaj idi.
Sibiqanın idarəsindən verilən açıqlamanın ümumi mənası belədir. Ukrayna artıq dəstəklənməyən zəmanətlərlə razılaşmayacaq. Onun uzunmüddətli təhlükəsizliyinin yeganə yolu NATO-ya qoşulmaqdır. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ölkə alyansa üzvlüyü əvəz edən istənilən formatdan imtina edir.
Dekabrın 1-də Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasının rəhbəri Antonio Kosta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə danışıqlar zamanı da eyni mövzunu müzakirə edib. Müzakirənin sonunda o, Brüsseldəki görüşdə Ukraynanın NATO-dan tələblərinin nədən ibarət olduğunu konkretləşdirib.
Koşta ilə birgə keçirdiyi mətbuat konfransında Zelenski Ukraynanın NATO-ya sürətli şəkildə üzv olmaq ərizəsinin verilməsinin lehinə danışıb. O, bunun praktiki olaraq nə demək ola biləcəyini, neçə ildən və ya aydan sonra ölkənin alyansa qoşulmalı olduğunu və bunun üçün hansı islahatların aparılmasının vacibliyini açıqlamayıb. Zelenski yalnız onu açıqlayıb ki, dəvət 1991-ci il sərhədləri daxilində Ukraynaya aid edilməlidir, lakin NATO-nun təhlükəsizlik zəmanətləri yalnız rəsmi Kiyevin nəzarətində olan ərazilərə şamil edilə bilər. Alyansın təcrübəsində əvvəllər belə bir şey olmayıb. Heç bir ölkə ona hissə-hissə daxil olmayıb.
Beynəlxalq mediada isə Trampın Rusiya-Ukrayna münaqişəsini necə həll edəcəyi barrədə fərziyyələr intensivləşib. Mətbuat təqaüdçü amerikalı general Keyt Kelloqun hazırladığı “aprel planı”nı xatırladıb. Tramp onu Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edəcəyini bildirib. Kelloq, digər məsələlərlə yanaşı, hazırkı qarşıdurma xətti boyunca münaqişəni dondurmağı və Ukraynanın NATO-ya üzvlüyünə ən azı 10 il müddətinə moratorium qoymağı təklif edir. Trampın bu planı dəstəklədiyinə dair heç bir işarə yoxdursa da, şübhə də yoxdur ki, o, bu planla razılaşacaq. Bu üzdən Kiyev narahatdır. Bu variant ölkəyə açıq-aşkar sərf etmir. Ona görə də Zelenski hakimiyyəti Ağ Ev administrasiyası dəyişməzdən əvvəl alyansdan güzəştlər almağa çalışırdı.
NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, Ukraynaya yardım məsələsində diqqəti ehtiyac olan şeyə cəmləmək lazımdır. Rutte deyib ki, Kremlin atəşkəsə hazırlaşdığına dair “heç bir əlamət” yoxdur.
Keçirdiyi mətbuat konfransında Rutteyə Rusiyanın “Oreşnik” ballistik raketinin Ukrayna ərazisinə endirdiyi son zərbələr barədə də sual verilib və o, aydın şəkildə deyib: “Təbii ki, bu insident bizim Ukraynanı dəstəkləmək əzmimizə heç bir şəkildə təsir etməyəcək”.
Beləcə, hazırda münaqişə tərəflərinin hamısı – Rusiya da, Ukrayna da, NATO da, elə ABŞ-nin özü də gözünü 2005-ci ilin yanvar ayının 20-nə dikib. Həmin günün ertəsi Rusiya-Ukrayna müharibəsinin “davam-tamam” qərarı veriləcək. //Musavat.com
Qərbin Ukraynaya BÖYÜK BORCU – 30 il öncə Kiyevin əlindən NÜVƏ SİLAHInı alıb, VƏD VERİB
04
dekabr
12:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
Gizli Ukrayna planının "ŞİFRƏLƏRİ": Yanvarın 20-dək - SENSASİYA!
NATO Rusiyanı vurmaq PLANI QURUR: Kreml isə iki Qərb ölkəsinə NÜVƏ ZƏRBƏSİ endirəcək
Trampla Bayden Rusiyanı “BİTİRMƏK” üçün razılığa gəlib - ŞOK İDDİA
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ