Ukrayna savaşı ətrafında yaranmış vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir, NATO Rusiya ilə savaşa hazırlaşmaq məcburiyyətində qalıb, hətta tezliklə qabaqlayıcı zərbələrin endirilməsi də istisna olunmur... Fransa və Böyük Britaniya Ukraynaya hərbi kontingent göndərmək barədə müzakirələri artıq qərara bağlamaq üzrədir və bu, dünyanın nüvə savaşına qədər inkişaf edə biləcək qlobal müharibə ərəfəsində olduğunu göstərir...
Ukrayna savaşı ətrafında yaranmış situasiya artıq son həddə qədər gərginləşib. ABŞ-ın səlahiyyətləri sona çatmaq üzrə olan prezidenti Co Baydenin verdiyi bəzi qərarlar isə hazırda Ukrayna savaşını qlobal fəlakət ssenarisinə doğru sürükləyir. Xüsusilə də, Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər ilə zərbə endirmək icazəsinin verilməsi ümumiyyətlə, nüvə müharibəsinə qədər inkişaf edə biləcək bir təhlükəli qlobal prosesin başlanğıc fazası da hesab oluna bilər. Və bu baxımdan, hazırda dünyanın gələcək taleyinin hansı istiqamətlərə yönələ biləcəyi hələlik müəmmalı xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya ABŞ və Qərbi cavab reaksiyası olaraq, nüvə zərbəsi ilə təhdid edir. Bunun nə qədər təhlükəli təhdid olduğunu əslində, Ağ Evdə də anlamağa başlayıblar. Hər halda, ABŞ siyasi dairələrindən verilən son açıqlamalarda Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsinin doğra biləcəyi qorxunc nəticələrdən narahatlıq əlamətləri nəzərə çarpır. Və Ağ Ev rəsmiləri hazırda daha çox bu qərara haqq qazandırmaq cəhdləri ilə diqqəti çəkirlər.
ABŞ rəsmiləri son vaxtlar Rusiyanın Şimali Koreyadan hərbi kontingent gətirməsini xüsusi olaraq, qabartmağa üstünlük verirlər. Onların fikrincə, Kremlin 15 min nəfərə yaxın koreyalını Ukrayna savaş poliqonuna göndərməsi təxirəsalınmaz addımların atılmasını tələb edirdi. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Şimali Koreya hərbi kontingenti yaxın günlərdə birbaşa savaşa qatıla bilərlər və əgər bu, baş verərsə, onlar qanuni hərbi hədəfə çevriləcəklər. Və bu, müəyyən mənada, prezident Co Baydenin son radikal qərarı ətrafında olan narazılığın zəiflədilməsinə cəhd təsiri bağışlayır.
Düzdür, Rusiyanın Ukrayna ərazilərini işğal etməsi beynəlxalq hüquq normalarına ziddir. Üstəlik, Kremlin Şimali Koreyadan hərbi kontingent gətirərək, cəbhə bölgəsinə göndərməsi də Ukrayna savaşının qlobal xarakter almasına səbəb ola biləcək yolverilməz addımdır. Ancaq burada önəmli olan məqamlardan biri ondan ibarətdir ki, ABŞ və Qərb də Ukrayna ordusunun silah-sursat və hərbi texnika ilə təchizatını öz üzərinə götürüb. Və bu, o deməkdir ki, Qərb siyasi dairələri də Ukrayna savaşının Rusiyaya qarşı beynəlxalq hüquq normalarının tam gücünü tətbiq etməklə, həllinə çalışmaq əvəzinə, savaşa hərbi alətlərlə müdaxilə edir.
Təbii ki, belə situasiya yaxın gələcək üçün daha qlobal savaş təhlükəsini aktuallaşdırır. Xüsusilə də, son vəziyyət tezliklə Rusiya və NATO arasında hərbi toqquşma ehtimalına inandırıcı görüntülər verməyə başlayıb. Hətta bu təhlükə o qədər ciddiləşib ki, NATO daxilində Rusiya ilə silahlı münaqişə baş verəcəyi təqdirdə, bu ölkənin ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələrin endirilməsini müzakirə etmək məcburiyyətində belə, qalıb. Və bu, o deməkdir ki, NATO artıq Rusiya ilə birbaşa savaşa hazırlaşır.
Maraqlıdır ki, bu barədə verilən məlumatlarda NATO-nun müdafiə alyansı olaraq, öz ənənəvi fəaliyyət strategiyasını dəyişə biləcəyi də qətiyyən istisna edilmir. Belə ki, NATO-nun "hücuma məruz qalana qədər gözləmək" və yalnız bundan sonra hərbi reaksiya vermək taktikasının mövcud reallıqlardan uzaq qaldığı bildirilir. Ona görə də, yaxın vaxtlarda bu hərbi-siyasi alyansın Rusiyaya münasibətdə daha təhdidkar mövqeyə keçə biləcəyi ehtimal olunur. Və Rusiyaya qabaqlayıcı zərbələrin endirilməsi barədə radikal hərbi qərarların qəbulu tamamilə mümkün hesab edilir.
Təbii ki, Kremlə yaxın siyasi dairələr də NATO-nun Rusiya ilə savaş hazırlığından narahatlıq keçirdiklərini qətiyyən gizlətmirlər. Bəzi iddialara görə, Rusiya kəşfiyyatının ələ keçirdiyi məlumatlarda NATO-nun Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı dönəmə intensiv hazırlaşdığı vurğulanır. NATO ölkələri arasında olan əsas narahatlığın isə məhz Tramp administrasiyasının fəaliyyətə başlaması ilə ABŞ-ın Ukraynaya dəstəyinin dərhal dayandırılacağından qaynaqlandığı bildirilir. Və Qərb mətbuatında yayılan məlumatlar da Rusiya kəşfiyyatının iddialarını təsdiqləyir.
Məsələ ondadır ki, "Le Monde" nəşri də siyasi mənbələrə istinadən, Fransa və Böyük Britaniyanın Ukraynaya hərbi kontingent göndərilməsi ilə bağlı müzakirələrə başladığını iddia edib. Kremlə yaxın bəzi siyasi dairələr belə bir radikal addımın Rusiya üçün böyük fəlakətin başlanğıcı olacağını vurğulayırlar. Onların fikrincə, Kreml buna imkan verməməlidir və ən qısa müddətdə Fransa və Böyük Britaniyaya nüvə zərbəsi endirməlidir. Eyni zamanda, Ukraynada xarici hərbi kontingentlərin ilkin dislokasiyası üçün nəzərdə tutulmuş hərbi bazalara da raket zərbələrinin endirilməsi vacib hesab olunur.
Rusiyanın hərbi dairələri də gözləmə mövqeyinin çox təhlükəli olduğu qənaətinə gəliblər. Rus generallar Kremldən ilk növbədə Fransa və Böyük Britaniyada nüvə zərbəsi endiriləcək hərbi obyektlərin müəyyən olunmasını tələb edirlər. Onların fikrincə, Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi raket sistemlərinin istehsalçısı olan Qərb şirkətləri də nüvə zərbəsi endiriləcək hərbi obyektlərin sırasına daxil edilməlidir. Və yalnız bütün bunların baş verəcəyi təqdirdə, NATO-nu Rusiya ilə birbaşa hərbi toqquşmalardan çəkindirmək mümkün ola bilər.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir. NATO Rusiya ilə savaşa hazırlaşmaq məcburiyyətində qalıb. Hətta Rusiyaya qabaqlayıcı zərbələrin endirilməsi də istisna olunmur. Fransa və Böyük Britaniya Ukraynaya hərbi kontingent göndərmək barədə müzakirələri son mərhələyə qədər inkişaf etdirib. Bütün bunlara qarşılıq olaraq isə Rusiyada Avropa ölkələrinə nüvə zərbəsinin endirilməsinin vacib və ya qaçılmaz olması barədə qənaətlər artıq ön plana keçirilib. Və bu, dünyanın nüvə savaşına qədər inkişaf edə biləcək qlobal müharibə ərəfəsində olduğunu göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
NATO Rusiyanı vurmaq PLANI QURUR: Kreml isə iki Qərb ölkəsinə NÜVƏ ZƏRBƏSİ endirəcək
26
noyabr
18:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bayden Trampa “QLOBAL FƏLAKƏT” ssenarisi buraxıb, GEDİR: Qoca Co dünyanı NÜVƏ SAVAŞINA sürükləyir
Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
Rusiya Şimali Koreyanı da Ukrayna SAVAŞINA ÇƏKİR: Qərbi isə nüvə faktoru ilə BLOKLAYIR
Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
Bayden Üçüncü Dünya Müharibəsini BAŞLATDI: Nüvə savaşı isə tezliklə planeti “ALOV TOPU”na çevirəcək
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Bu rayonda NƏ BAŞ VERİR: İcra başçısının müavinləri və şöbə müdirləri işdən azad edildi – VİDEO
- 2025-ci illə bağlı XOŞ XƏBƏR: əməkhaqqı, pensiya, sosial vəziyyət... - SPİKER
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- Qusarda ağacların kəsilməsinə görə bəbs edilən bələdiyyə sədri EV DUSTAQLIĞINA BURAXILIB
- Tarixə düşən QƏLƏBƏ: bir güllə atmadan üç rayonun azad edilməsi STRATEGİYASI
- Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
- Rusiyanı çəkindirən 4 MƏQAM: Qorxunc ssenari REALLAŞA BİLƏR
- Qərb Gürcüstanı niyə “GEOPOLİTİK MÜSTƏMLƏKƏ”yə çevirmək istəyir: Tiflis TÜRK İTTİFAQINA sığınmağa MƏCBUR QALIB
- İki ölkə arasında gərginlik PİK HƏDDƏ: döyüşə səfirlər GEDİR
- Türkiyədən dünyanı SİLKƏLƏYƏN ADDIM: Son dərəcə MƏXFİ HAZIRLANIB - Okeanda sınaqdan KEÇİRİLƏCƏK
- Hindistandan ilk konteyner 20 ton bananla Xəzərdəki bu limana çatdırıldı: ALICI KİMDİR?
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ