ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun İrana dair açıqlamaları diqqət çəkib. 

Uolts İranla bağlı vacib qərar verməyin vaxtının çatdığını, bu ölkənin hava hücumundan müdafiəsinin məhv edildiyini bildirib. O, həmçinin Tehranın İsrail sayəsində zəiflədildiyini, proksiləri olan HƏMAS və “Hizbullah”a ağır zərbələr vurulduğunu qeyd edib.

Bu, ABŞ-ın İrana birbaşa müdaxilə planının anonsu kimi dəyərləndirilə bilərmi?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, İran ilə bağlı gərginlik hələ bir müddət davam edəcək:

“Əslində, Trampın Tehrana qarşı mövqeyinin sərt və aqressiv olacağı bəlli idi. O, hələ keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə  İrana münasibətdə sərt mövqe sərgiləməyi məsləhət görür, bu istiqamətdə çağırışlar edirdi. Həmçinin Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və israillilər ilə münasibətləri çox yaxşıdır.

Turab rzayev 2
 Turab Rzayev

ABŞ, Tramp hakimiyyəti dövründə İrana qarşı əməliyyatlara hazırlaşa bilər. Hətta bu istiqamətdə Böyük Britaniya və digər qərbli müttəfiqlərin də prosesə cəlbi gözləniləndir. Vaşinqton “Hizbullah” və HƏMAS-la razılığa gələrək onları oyundan kənarlaşdırıb. Yəni İranı müdafiə edəcək, ya da yardım göstərəcək bir qüvvə yoxdur. Tehran ilk dəfədir ki, belə tək qalıb. ABŞ və İsrailin İranın bu təkliyindən istifadə etməsi mümkündür”.