Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin üçüncü günüdür.
Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Dünyanın dörd bir yanından gələn dövlət və hökumət başçıları - Britaniya, İtaliya, İspaniya, Danimarka, Belçika, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya, Afrika və Cənubi Amerika, kiçik ada dövlətlərinin və digər ölkələrin liderləri, eləcə də Avropa İttifaqı Şurası kimi təşkilatların rəhbərləri tədbirdə çıxış edib və müxtəlif görüşlərdə iştirak ediblər. Tədbirin miqyası onun nə qədər əhəmiyyətli olmasından xəbər verir.
Qısa zaman kəsiyində Azərbaycan tədbirdə çox yüksək səviyyədə hazırlaşıb və xarici ölkələrin liderləri də tədbirin çox yaxşı təşkil edildiyini bildiriblər.
Kainat.tv xəbər verir ki, tədbirin siyasi əhəmiyyətini Modern.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, COP29 dünyada gedən çox böyük prosesdir.
"Bəzi insanlar bunun yalnız iqlimlə bağlı olduğunu düşünürlər. Lakin bunun müxtəlif ölkələrin iqtisadiyyatına təsiri çox böyükdür. Bir çox ölkələrdə hansısa malın satışı vaxtında orada istehsal zamanı karbon qazının ətraf mühiti nə qədər çirkləndirdiyi göstərilir. Gələcəkdə buna görə hansısa vergi və cərimələr nəzərdə tutulacaq. Çox hallarda istehlak fərqi var. Bəzi ölkələrdə çox mal istehlakı olub. Kasıb Afrika ölkələrində istehlak aşağıdır. Karbon çirklənməsində payı çox olan ölkələri ümumi fonda pul köçürməyə məcbur edəcəklər. Artıq dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələrin Çin, ABŞ və Hindistan kimi ölkələr olduğu bilinir. Tədbirə qatılmayan ölkələr bilirlər ki, burada iştirak etsələr, onlara iradlar tutulacaq. Formalaşmış fondun üçdə bir hissəsini ABŞ verməlidir. Ən çox karbon emissiyasının artmasına yol verən 5-6 ölkə var. Hazırki durumun səbəbkarı 60-70 faiz onlardır. 1 trilyona yaxın fond yığılmalıdır. Artıq 100 milyardın yığılması bu il üçün nəzərdə tutulur. Amma gələn il üçün müxtəlif təkliflər var. Təsəvvür edin, 100 milyard pul yığılmalıdır. Həmin ölkələrdən bu pulları tələb edib yığmaq, təbii ki, asan deyil".
Sabiq nazir vurğulayıb ki, bəzi ölkələr iqlim dəyişmələri ilə mübarizəyə daha çox pul xərcləməmək üçün Bakıdakı tədbirə qatılmayıblar:
"Digər yandan belə mövqe də vardı ki, qaz, karbon və neft istehsal edənlərə qarşı xüsusi vergi tətbiq edilsin. Bu böyük maraqlara ziyan gətirən mövqe idi. Olduqca mürəkkəb məsələdir. Çox yaxşı haldır ki, biz bu mürəkkəb proseslərə ev sahibliyi edir, gedən danışıqlarda öz mövqe və maraqlarımızı müdafiə edirik".
Azərbaycan bacarığını bütün dünyaya GÖSTƏRDİ
13
noyabr
17:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Türkiyədən ABŞ-a "Suriya" TƏKLİFİ: Ankara görün hansı şərtləri İRƏLİ SÜRDÜ
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
- Putinin məşhur suala QORXUNC CAVABI – “Ukraynaya nüvə silahı verilsə…”
- Xəzərdən dağıdıcı ZƏRBƏ: Bölgə qitələrarası raketlə VURULDU
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Zəngəzur dəhlizi 4 ilə TAM AÇILACAQ
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?