Kəmaləddin Heydərov hərbi hissənin komandirinə yeni vəzifə verdi

Siyasət
21.09.2022
17:23
Kəmaləddin Heydərov hərbi hissənin komandirinə yeni vəzifə verdi


Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

“Unikal” xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Nazirliyin N saylı hərbi hissəsinin komandiri, polkovnik Teymur Qabulov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.