Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü

İdman
23.11.2022
08:10
Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü


Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prado” markalı minik maşını yolu keçmək istəyən 1971-ci il təvəllüdlü kişini vurub.

Piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.