Füzulidə ağır qəza: Ölən və yaralananlar var

Hadisə
23.09.2022
09:45
Füzulidə ağır qəza: Ölən və yaralananlar var


Füzuli rayonunda avtomobil qəzası olub.

“Report” xəbər verir ki, ötən gün saat 17 radələrində 1992-ci il təvəllüdlü Kərimli Cəlal Abil oğlunun idarə etdiyi “QAZel” markalı nəqliyyat vasitəsi ilə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Əmir oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobil toqquşub.

Bu zaman zərbənin təsirindən “Daewoo” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə “Daewoo” markalı avtomobilin sərnişini - 1955-ci il təvəllüdlü İmaməliyeva Rahilə Hidayət qızı hadisə yerində ölüb, hər iki avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.