Bakıda qız söhbətində QAN DÜŞDÜ: Məktəbin yanında baş verən bıçaqlanmanın TƏFƏRRÜATI - FOTO

Hadisə
22.09.2022
22:20
Bakıda qız söhbətində QAN DÜŞDÜ: Məktəbin yanında baş verən bıçaqlanmanın TƏFƏRRÜATI - FOTO


Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilir. Daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.

Araşdırma zamanı məlum olur ki, hadisə 80 nömrəli orta məktəbin yanında baş verib. Hadisəni törədən Lənkəran şəhər sakini, Qaraçuxur qəsəbəsində kirayədə yaşayan Səməd Məmmədzadə saxlanılır.


Hadisə olan ərazi

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılan cinayət işi bir aydan sonra istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Səməd Məmmədzadə Məhəmməd Əzimovun 2020-ci ilin sentyabr ayının ortalarında qardaşı Sadiq Məmmədzadənin ünvanına söyüşlər işlətdiyini öyrənib. Buna görə, əsaslı səbəb olmadan onu öldürmək istəyib. Ayın 25-də saat 19 radələrində söhbət etmək üçün 80 nömrəli orta məktəbin yanına gəlib. Qardaşının ünvanına işlətdiyi ifadələrlə bağlı aralarında baş vermiş mübahisə zamanı bıçağı çıxarıb. Məhəmmədin qəflətən ayağının büdrəyərək arxası üstə yerə yıxılmasından istifadə edərək, ona 4 dəfə zərbə vurub. Hadisə yerinə gələn Mehrac Rəcəbov Səməd Məmmədzadənin qolunu buraraq, zərbələri vurmasına mane olub. Belə olduqda, S. Məmmədzadə bıçağı hadisə yerində ataraq, qaçıb. Zərərçəkmiş vaxtında xəstəxanaya çatdırılır. Orda ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunur.

Bakıda qız söhbətində QAN DÜŞDÜ: Məktəbin yanında baş verən bıçaqlanmanın TƏFƏRRÜATI - FOTO