Uncategorized

Süründürməçilik də olur, rüşvətxorluq da var, insan haqlarının pozulması da…- SƏMƏD SEYİDOVDAN ETİRAF/ VİDEO Related News

Süründürməçilik də olur, rüşvətxorluq da var, insan haqlarının pozulması da…- SƏMƏD SEYİDOVDAN ETİRAF/ VİDEO

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC-yə müsahibəsində martda gözlənilən əfv sərəncamı, ölkədə insan hüquqlarının durumu və Azərbaycana beynəlxalq qurumların tənqidlərinə dair suallara cavab verib.

O, deyib ki, son zamanlar ölkə rəhbəri tərəfindənatılan addımlar hansısa xarici təzyiqlərin nəticəsi deyil.

Səməd Seyidov, həmçinin, müsahibəsində siyasi məhbuslara mesaj da verib. O, həbsdə olan insanların Prezidentə müraciət etməli olduqlarını deyib: “Prezident müraciətlərə diqqətlə baxır. Bu Mehman Əliyev məsələsində də özünü göstərdi. Amma nəsə baş verirsə, dərhal xaricdən tələb edirlər ki, dərhal azadlığa buraxılsın. Bu, çıxış yolu deyil”.

[media=https://m.youtube.com/watch?v=3s0RzgETaOA&feature=youtu.be]

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button