ŞOU-BİZNESUncategorized

Röya: “Qızların açıq-saçıq geyinməsinə qarşıyam”

Röya Ayxan sənətdə cəsarətli olsa da, həyatda müzafizəkar düşüncəli olduğunu bildirib.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, o, instaqramın hekayə bölümündən moda ilə bağlı fikirlərini paylaşıb və qeyd edib ki, müğənnilərin açıq-saçıq geyinməsi qəbul ediləndir, lakin adi xanımların onlar kimi geyinməyə çalışması doğru deyil:

“Müasir qız deyiləm, qarabağlıyam, lap olsun “çuşka”yam, amma insanlara bəzi məsələləri başa salmaq istəyərəm. İncəsənətədə iki nəfər var ki, onlar üzərində çox çalışdı. Biri qız, biri oğlandır. Qız mənəm. Çox az adam var ki, harada necə geyinmək lazım olduğunu bilir. Ümumiyyətlə, sənət adamı deyilsə, xanımın açıq-saçıq geyinməsinin əleyhinəyəm, ona olmaz. Çünki o, kiminsə qızı, gəlini, bacısı və həyat yoldaşıdır.
Dəfilədə nümayiş olunan geyimlər ulduzlar üçün nəzərdə tutulub. Bu gün kimsə geyinə bilmədiyini ayıb bilirsə, onu dizyanerlər bizim üçün buraxır. Onlar dəfilədə nümayiş etdirir, biz isə səhnədə. Bu, o demək deyil ki, dəfilədə nümayiş olunan libasları kiminsə qızı və ya gəlini geyinə bilər. 40 yaşım olacaq, yıxılıb dura-dura, qapaq ola-ola böyümüşəm. İş verə-verə yox, yaxşı qız ola-ola böyümüşəm. Modanı təqib edək, heç kim anasının qarnında öyrənmir ki, öyrədirəm, qələt edirəm, göstərirəm. Dəfilədə olan libasları mən, Aygün Kazımova, bizim kraliçamız Brillinat Dadaşova, Zülfiyyə Xanbabayeva kimi müğənnilər öz üzərində göstərməlidir”.

Qeyd edək ki, müğənninin danışarkən sərxoş olması diqqətdən qaçmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button