CƏMİYYƏTDİNİ XRONİKAƏYALƏTGÜNDƏMİDMANİQTİSADİYYATKAİNAT TVMANŞETSİYASƏTSOSİALSOSİAL MEDİAŞOU-BİZNESUncategorized

“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi » DataLife Engine

“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi

“Azərbaycan Coca-Cola Bottlers Limited” MMC “Qida Təchizat SK” MMC-ni məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb. İddiа tələbi onunla əsaslandırılıb ki,“Azərbaycan Coca-Cola Bottlers LTD” MMC ilə “Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “Coca-Cola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri “Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb. Daha sonra “Qida Təchizat SK” MMC-nin “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-yə 289 manat məbləğində ödənilməmiş borcu qalıb.
Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button